Etyen Bakro (; ) — fransız şahmatçısı, beynəlxalq qrossmeyster.

Həyatı Etyen Bakro 6 yaşında şahmat oynamağa başlamışdır. 1997-ci ildə, cəmi 14 yaşında, beynəlxalq qrossmeyster (GM) adını qazanaraq bu titulu alan ən gənc fransız şahmatçı olmuşdur. Bir neçə dəfə Fransa milli komandasının kapitanı və aparıcı oyunçusu kimi beynəlxalq şahmat olimpiadalarında iştirak etmişdir.

Nailiyyətlər

Etyen Bakro 2004-cü ildə FIDE reytinq siyahısında dünya üzrə ilk 10-luq sırasına daxil olaraq, ən yüksək səviyyəli şahmatçılardan biri kimi tanınmışdır. O, Fransa çempionu titulunu 1999, 2000, 2002, 2003, 2008 və 2012-ci illərdə qazanmışdır. İlk dəfə 2700 reytinq həddini keçən fransız şahmatçıdır.

İstinadlar Kateqoriya:Yaşayan insanlar Kateqoriya:1983-cü ildə doğulanlar

Kateqoriya:Şahmat Olimpiadalarının iştirakçıları Kateqoriya:Şahmat qrosmeysterləri