Mekonq Bobteyli — Tailand mənşəli pişik növü. Bu növ, Asiyanın müxtəlif hissələrində təbii şəkildə yayılmışdır və Rusiyada yetişdirilərək inkişaf etdirilmişdir. 2004-cü ildə "Dünya Pişik Federasiyası"(WCF) tərəfindən tanınmışdır. Növün adı, Mekonq çayından ilhamlanaraq qoyulmuşdur.

Tarix Mekonq Bobteyllərinin tarixi 19-cu əsrə qədər uzanır. Tailand kralı Çulalonqkorn, Rusiya imperatoru II Nikolaya hədiyyə olaraq 200 kral pişiyi göndərmişdir. Bu pişiklərin əksəriyyətinin qıvrımlı quyruqları var idi ki, bu da müasir Mekonq Bobteyllərinin xüsusiyyətlərini xatırladır. Cənub-Şərqi Asiyadan gətirilən digər bobteyl pişikləri də Rusiyada yetişdirilməyə başlanıldı. Bu növ, Rusiyada inkişaf etdirilmiş və 1980-ci illərdə daha geniş tanınmağa başlamışdır. 1994-cü ildə rus felinoloq O. S. Mironova tərəfindən növün standartı tərtib edilmişdir. 2004-cü ildə "WCF" tərəfindən tanınaraq adı "Tay Bobteyli"ndən "Mekonq Bobteyli"nə dəyişdirilmişdir.

İstinadlar

Kateqoriya:Rusiya mənşəli pişik cinsləri