Sinerji sözü yunan dilində “synergos” sözündən gəlir və “birlikdə işləmək” mənasını verir. Bu, iki və ya daha çox elementin birləşərək ayrı-ayrılıqda göstərə bilmədiklərindən daha böyük bir performans göstərməsi deməkdir. Sinerji müsbət, mənfi və neytral sinerji növlərinə bölünür. Müsbət sinerjidə gözləniləndən daha müsbət, mənfi sinerjidə gözləniləndən daha mənfi, neytral sinerjidə isə tam gözlənilən nəticə əldə edilir. Sinerji biznes, elm, incəsənət, kimya,fəlsəfə, psixologiya və marketinq kimi sahələrdə istifadə olunur.

Sinerjinin əhəmiyyəti ondan ibarətdir ki o, resurslardan daha səmərəli istifadə etməyə, daha yaxşı nəticələr əldə etməyə və innovasiyanı təşviq etməyə kömək edir.

Həmçinin bax Sinergetika İstinadlar

Kateqoriya:İstehsal iqtisadiyyatı Kateqoriya:Sistem nəzəriyyəsi Kateqoriya:Cəmiyyət Kateqoriya:Holizm Kateqoriya:Materiya Kateqoriya:Kimya Kateqoriya:Fəlsəfə