Burbon-Parmalı Marqarita (; ) — Parma və Piaçensa hersoqu III Karlın qızı, İspaniya taxt-tacının Karlist, Fransa taxt-tacının isə Legitimist kraliçası. thumb|Karlos de Burbon və ailə üzvləri, 1882-ci il 1847-ci ildə Lukkada dünyaya gəldi. Atası Parma və Piaçensa hersoqu III Karl, anası isə Fransa kralı X Karlın nəvəsi və Berri hersoqu Karl Ferdinandın yeganə qızı Artualı Luizadır. Risorcimento dövrünə qədər Parmada yaşayan Marqarita, ailəsinin sürgün edilməsinin ardından onlarla birlikdə Venesiyaya köçdü. Burada anasının vəfat etməsinin ardından bacı-qardaşlarıyla birlikdə Avstriyaya yollanan Marqarita 4 fevral 1867-ci ildə İspaniya kralı IV Karlın şəcərəsinə mənsub və İspaniya taxt-tacının Karlist iddiaçısı Karlos de Burbonla evləndirildi. Cütlüyün bu nigahdan 5 övladı dünyaya gəldi.

Blanka de Burbon (1868-1949), 1889-cu ildə Böyük Toskana hersoqu II Leopoldun nəvəsi Leopold Salvadorla evləndi və övladları oldu. Ceymi de Burbon, İspaniya taxt-tacının Karlist, Fransa taxt-tacının isə Legitimist iddiaçısı Elvira de Burbon (1871-1929), heç vaxt evlənmədi. Beatrisa de Burbon (1874-1961) Alisa de Burbon (1876-1975)

1893-cü ildə Viareccodakı şəxsi mülkündə vəfat etdi.

Mənbə

Ədəbiyyat

Campo, Carlos Robles do (2009). «Los Infantes de España tras la derogación de la Ley Sálica (1830)». Anales de la Real Academia Matritense de Heráldica y Genealogía (12): 329-384. ISSN 1133-1240 Guía de forasteros en Madrid para el año de 1864. En la Imprenta Nacional. 1864 Darryl Lundy (10 de mayo de 2003). «Marguerite di Borbone, Principessa di Parma». thePeerage.com

İstinadlar

Kateqoriya:İtaliya qadınları