Boykin spanyeli — Amerika Birləşmiş Ştatlarının, Cənubi Karolina ştatının Uoteri çayı bataqlıqlarında vəhşi hind quşu və ördək ovu üçün yetişdirilmiş orta ölçülü bir it növü.
Tarix Boykin spanyelinin ilk nümunəsi, 1900-cü illərin əvvəllərində Cənubi Karolina ştatının Spartanburq şəhərində bir bankir tərəfindən tapılmış kiçik bir spanyel növü it idi. Aleksandr Uayt adlı şəxs bu iti evinə gətirdi və onun ov qabiliyyətini kəşf etdi. Daha sonra bu it, Uaytın dostu Lemuel Uayteker Boykinə göndərildi. Boykin, müxtəlif növləri çarpazlaşdıraraq bu cinsi inkişaf etdirdi və cins onun adını daşıyır. 1977-ci ildə "Boykin Spanyeli Cəmiyyəti" yaradıldı və 1979-cu ildə nəsillər kitabı tərtib edildi. 1980-ci ildən etibarən bu kitab "bağlanmışdır", yəni yalnız cəmiyyət tərəfindən qeydə alınmış valideynlərdən doğulan köpəklər qeydiyyata alına bilərdi. Boykin Spanyeli, 1985-ci ildə "United Kennel Club" tərəfindən tanındı. 2007-ci ildə "Boykin Spanyeli Klubu və Yetişdiricilər Assosiasiyası" (BSCBAA), "American Kennel Club" tərəfindən bu cinsin rəsmi klubu olaraq tanındı.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Spanyellər Kateqoriya:ABŞ-nin it cinsləri