Amerika Staffordşir teryeri — Qısa tüklü, orta ölçülü it cinsi. Bu cins "Amerika Kennel Klubu" (AKC) tərəfindən tanınsa da, "Birləşmiş Kennel Klubu" (UKC) tərəfindən tanınmır. UKC, Amerika Staffordşir Teryerlərini "Amerika Pit Bull Teryeri" cinsi altında qeydiyyata alır.

Təsvir AKC-nin 10 iyun 1936-cı ildə təsdiq etdiyi irq standartına görə, "Amerika Staffordşir Teryeri öz ölçüsünə görə böyük güc təsiri bağışlamalıdır. Bu, yaxşı qurulmuş, əzələli, lakin çevik və zərif, ətrafına qarşı həssas bir it olmalıdır. O, qısa ayaqlı olmalıdır. Onun cəsarəti məşhurdur." Başı orta uzunluqda, geniş kəlləli, aydın bir dayanacaq və yanaqlarda qabarıq əzələlər olmalıdır. Qulaqları başın yuxarı hissəsində yerləşməli və kəsilmiş, ya da təbii ola bilər, lakin təbii qulaqlara üstünlük verilir. Boy və çəki mütənasib olmalıdır. Erkəklərin boyu 46–48 sm, dişilərin boyu isə 43–46 sm olmalıdır. Burnu həmişə qara olmalıdır. Bir çox xəz rəngləri qəbul edilir, lakin qəhvəyi və ya qara-qəhvəyi rəngli itlər və 80%-dən çox ağ rəngə malik olan itlərə üstünlük verilmir.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Teryerlər Kateqoriya:ABŞ-nin it cinsləri