– yaponiyalı seriyalı qatil və təcavüzçü. Qurbanlarını "Tvitter" sosial şəbəkəsi vasitəsilə tapdığı üçün "Tvitter qatili" kimi tanınır. O, 2017-ci ilin avqustundan oktyabrına qədər Kanaqava prefekturasının Zama şəhərində səkkizi qadın olmaqla doqquz nəfəri öldürmüşdür.
Zəmin Şiraişi qadınları fahişəxanalara cəlb edərək onların Tokionun Kabukiço rayonundakı seks sənayesində işləmələrini təmin edirdi. İnsanlar yerliləri onun haqqında xəbərdar etmiş, onu "iyrənc skaut" adlandırmışdırlar. Şiraişi 2017-ci ilin avqustunda Kanaqava prefekturasının Zama şəhərində yerləşən bir mənzilə köçmüşdür.
Şiraişi "Tvitter" sosial media platforması vasitəsilə tanış olduğu intihara meyilli şəxsləri evinə dəvət etmiş, onların intihar etmələrinə kömək etmiş və özlərini necə öldürmələrinə tamaşa etmişdir. Dostların biri bildirmişdir ki, Şiraişi məktəb yoldaşları ilə boğma oyunları oynamağı sevirdi. Onun qurbanlarında da boğma izlərinə rast gəlinmişdir.
Araşdırma thumb|Cəsədlərin tapıldığı mənzil. İtkin düşmüş qadınlardan birinin qardaşı bacısını tapmaq üçün araşdırma başlatmışdır. "Yumi" kimi tanınan bir qadın ona kömək edərək Şiraişi ilə əlaqə saxlamaq və saxta görüş təşkil etmişdir. Hər ikisi polislə əlaqə saxlamışdır.
Polis mənzilə gəlmiş və itkin düşmüş qadının harada olduğunu sorğulamışdır. Şiraişi qadının soyuducuda olduğunu bildirmişdir. Polis evdə hissələrə bölünmüş 9 bədən tapmışdır. Üç soyuducu qutusunda və beş böyük saxlama qabında başlar, qollar və ayaqlar tapılmışdır. Qonşular evdən çürümüş ət qoxusunun gəldiyini bildirmişdirlər. Şiraişi insanların bəzi bədən üzvlərini təkrar emal zibil qutusuna da atmışdır. Doqquz qurbanın səkkizi qadın və biri kişi idi. Hamısının yaşı 15–26 arasında idi.
Polis araşdırması itkin düşmüş qadının 23 oktyabrda Şiraişi ilə gəzdiyiyini müəyyən etmişdir. Şiraişi doqquz nəfəri öldürdüyünü və hissələrə böldüyünü etiraf etmişdir. O, qətllərdən öncə atasına həyatının heç bir məna ifadə etdiyini bildirmişdir. Şiraişi əsas məqsədinin seks olduğunu bildirmişdir. O, qurbanların həssas vəziyyətlərindən istifadə edərək onları manipulyasiya etməyi və cinsi fantaziyalarını gerçəkləşdirmək istəmişdir.
Məhkəmə və edam Şiraişi 1 oktyabr 2020-ci ildə doqquz nəfəri öldürdüyünü qəbul etmişdir. 15 oktyabr 2020-ci ildə ölüm cəzasına məhkum edilmişdir. O, qərara etiraz etməyəcəyini bildirmişdir. Şiraişinin ölüm cəzası haqqında yekun qərar 2021-ci ilin yanvarına verilmişdir. O, 27 iyun 2025-ci ildə asılaraq edam edilmişdir.
İstinadlar
Kateqoriya:Asılaraq edam olunanlar Kateqoriya:Yaponiyada edam olunanlar Kateqoriya:Yaponiya seriyalı qatilləri Kateqoriya:X (sosial şəbəkə)