Puatevin — Həmçinin "Chien de Haut-Poitou" kimi tanınan, Fransanın Puatu əyalətinə aid qoxu ilə iz axtaran it cinsi. Bu it əsasən sürü halında ov üçün istifadə edilirdi. 17-ci əsrdə canavar ovu üçün yaradılmışdır.

Xüsusiyyətləri Puatevin, incə və atletik bir qoxu itidir və görünüşünə görə bir qədər tazı xüsusiyyətləri daşıyır. Görünüş etibarilə "foxhound" və "greyhound" qarışığına bənzəyir. Puatevin adətən 60-72 sm hündürlüyə və 20.5-30.5 kq çəkiyə malikdir. Onların düz, yumşaq meylli kəlləsi, uzun, dar və təpəli ağzı, incə, əzələli boynu, uzun, düz və güclü sümüklü ayaqları və uzun quyruğu var. Puatevinin qısa tük örtüyü adətən üçrənglidir. Digər üçrəngli qoxu itləri bəzən Puatevinin qohumu hesab edilir. Puatevin, ov zamanı sürəti, dözümlülüyü, qoxu qabiliyyəti və melodik səsi ilə məşhurdur. Sürülərin saatda 56 kilometr sürətə çıxdığı və yeddi saata qədər ovlandığı məlumdur. Puatevin utancaq olmasa da, bir çox digər qoxu iti cinslərindən daha soyuqqanlıdır və sürü mühitində saxlanılmadıqda yaxşı uyğunlaşa bilmir.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Tazılar