Bəhmən Rza oğlu Babayev — Azərbaycan Dövlət Sərhəd Xidmətinin general-mayoru; Sərhəd Qoşunlarının "Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasının Komandiri (2022-ci ildən).
Həyatı və fəaliyyəti Bəhmən Babayev 17 iyul 2021-ci ildə Sərhəd Qoşunlarının "Qazax" Əlahiddə Sərhəd Diviziyasının Komandiri vəzifəsinə təyin edilib. 2022-ci ildə isə vəzifəsindən azad olunaraq Sərhəd Qoşunlarının "Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasının Komandiri vəzifəsinə təyin edilib.
Azərbaycan Prezidentinin sərəncamlarına əsasən 2004-cü ildə "Hərbi xidmətlərə görə", 2020 və 2021-ci illərdə isə "Vətən uğrunda" medalları ilə təltif edilib.
Azərbaycan Prezidentinin 17 avqust 2024-cü il tarixli 252 nömrəli Sərəncamı ilə "general-mayor" ali hərbi rütbəsi verilib.
Müxtəlif illərdə 1-ci, 2-ci və 3-cü dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə", "Şücaətə görə", "Sərhəddə fərqlənməyə görə", "Azərbaycan Silahlı Qüvvələri Veteranı", 1-ci, 2-ci və 3-cü dərəcəli "Qüsursuz xidmətə görə" medalları, həmçinin Azərbaycan Silahlı Qüvvələrinin 10, 90 və 95 illiyi, Azərbaycan Sərhəd Mühafizəsinin 90, 95 və 100 yubiley medalları ilə də təltif edilib.
İstinadlar
Kateqoriya:Azərbaycanlı generallar Kateqoriya:Azərbaycan generalları