alt=|thumb| Tataminin düzülmə sxemləri alt=|thumb| Tataminin en kəsiyi – Yaponiyada evlərin döşəmələrini (ənənəvi tip) örtmək üçün istifadə olunan həsirlər. Onlar iqusa qamışından toxunur və düyü samanı ilə doldurulur. Son dövrlərdə doldurma üçün sintetik pambıq da istifadə olunur. Tataminin uzun tərəfi parça ilə üzlənir.

Tatami həsirlərinin sayını və döşəməyə yerləşdirilməsini tənzimləyən qaydalar var. Adətən tatami döşəkləri elə düzülür ki, dörd künc bir nöqtədə birləşməsin. Bu cür düzülüş əlverişli adlanır. Dəfn və ya yas mərasimləri zamanı isə əksinə, elə düzülür ki, künclər kəsişsin. Yaponların inancına görə, tatamini düzgün yerləşdirməmək evə bədbəxtlik gətirir .

Tataminin ciddi şəkildə müəyyən edilmiş sahəsi və forması var. Yaponiyada otaqların sahəsi ənənəvi olaraq tatami ilə ölçülür (, ) və ev tikərkən nəzərə alınır. Yaponiyanın qərbində, Kansay regionunda tataminin ölçüsü 95,5 x 191 sm (6 şaku 3 sun x 3 şaku 1 sun 5 bu) təşkil edir. Hündürlüyü 5 sm-dir. Bəzən ənənəvi ölçünün yarısı olan tatamilər də rast gəlinir – 90x90 sm (ryukyudatami). Tokioda və Kanto regionunda hazırlanan tatamilər adi olanlardan bir qədər ensizdir — 88 x 176 sm.

Müasir yapon evlərinin əksəriyyətində, hətta Avropa tipli evlərdə də ən azı bir tatami otağı (vaşitsu) var.

İstinadlar

Xarici keçidlər Kateqoriya:Yaponiya mədəniyyəti