Boz lanqur və ya Yava surilisi () — İndoneziyanın Yava adasının qərb yarısına endemik olan əntərmeymunlar fəsiləsinə aid meymun növü. Bu ərazi biomüxtəliflik baxımından zəngin bir mərkəzdir. Digər ümumi adlarına boz, çalılı və ya Sunda adası surilisi, çalılı və ya zolaqlı kəkilli lanqur, Yava çalılı lanquru, çalılı, Yava və ya Yava yarpaq meymunu, boz lanqur daxildir. Ümumi məlumat
Boz lanqurun iki yarımnövü var: Presbytis comata comata – Qərbi Yavada yayılıb. Presbytis comata fredericae – Mərkəzi Yavada yayılıb.
Yayılması Boz lanqur İndoneziyanın Yava adasının qərb yarısında yayılıb. Şərqdə Şərqi Yava ilə sərhəddə yerləşən Lavu dağına qədər uzanan bölgədə yaşayır. Bu növ əsasən Pleystosen dövründə baş vermiş coğrafi dəyişikliklər, dəniz səviyyəsi və bitki örtüyü səbəbilə Sundaland ərazisi ilə məhdudlaşıb. Bundan əlavə, bu gün orada mövcud olan bitki örtüyü və torpaq növü də onun yayılmasına təsir edib. Boz lanquru əsasən ilkin və ikinci dərəcəli düzənlik yağış meşələrində, 2.500 m (8.200 fut) hündürlüyə qədər olan ərazilərdə yaşayır.
Boz lanqur əsasən yarpaqlarla qidalanır, lakin həmçinin çiçək, meyvə və toxum da yeyir. Bu növ, Presbytis cinsi digər üzvlərindən daha çox yarpaqla qidalanır; ümumi qidasının 62%-dən çoxu gənc yarpaqlardan, 6%-i isə yetişmiş yarpaqlardan ibarətdir. Зрелые листья составляют 6 % рациона, молодые листья — 62 %.
Qorunması Boz lanqur insan fəaliyyəti nəticəsində yaşayış mühitinin itirilməsi səbəbilə IUCN Qırmızı Kitab Siyahısında "Zəif" kimi qeyd olunub. Təxminən 1000-dən az fərdin təbii mühitdə qaldığı və onların təbii yaşayış mühitinin cəmi 4%-nin qaldığı təxmin edilir. Əsas yaşayış mühitinin itirilməsinin səbəbi İndoneziyada yağış meşələrinin təmizlənməsidir. İlkin yaşayış mühitinin yalnız 4%-i qalıb və son on il ərzində populyasiya ən azı 50% azalıb. P. comatanın iki yarımnövündən frediricae yarımnövü ən nadir və nəsli kəsilmək təhlükəsi ən yüksək olan növdür. Bu yarımnöv adanın ən sıx məskunlaşmış bölgələrindən birində və fəal vulkan yaxınlığında yerləşir. İstinadlar
Xarici keçidlər
Kateqoriya:Əlifba sırasına görə heyvanlar Kateqoriya:Qırmızı kitab siyahısında nəsli kəsilməkdə olan növlər Kateqoriya:Asiya məməliləri Kateqoriya:Cənub-Şərqi Asiya məməliləri Kateqoriya:Həssas növlər