Karlovı Varı - Çex Respublikasında yerləşən şəhər. Müalicəvi suları ilə dünyada məşhurdur.
2008-ci ilin statistik məlumatlarına görə şəhərin 53.708 nəfər əhalisi vardır. Paytaxt Praqadan təxminən 130 km qərbdə, tarixi Bohemiya bölgəsinin qərbində yerləşən şəhər 1370-ci ildə İmperator IV Karl tərəfindən qurulmuş və adını da qurucusundan almışdır.
Şəhərdə çox sayda bulaq mövcuddur. Bunlardan ən istisi Termal Bulağıdır. Şəhərin ən böyük və ən məşhur tikilisi "Mill Kolonada"dır. Bulaqların əksəriyyəti bu kolonadada yerləşir.
Karlovı Varını dünyada tanıdan ikinci səbəb isə böyük əhəmiyyətli sosial və mədəni tədbir olan, hər ilin iyul ayında keçirilən Beynəlxalq Kinofestivalıdır.
Kateqoriya:Çexiya şəhərləri Kateqoriya:Karlovı Varı Kateqoriya:Sudet vilayəti