Kadri Ecvet Tezcan () — türk diplomatı, Türkiyənin Azərbaycanda (1998–2001), Polşada (01.02.2005–15.03.2008)REPUBLIC OF TÜRKİYE TURKISH EMBASSY IN WARSAW Avstriyada (2009–2011) fövqəladə və səlahiyyətli səfiri, Türkiyənin İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı yanında daimi nümayəndəsi.

Bioqrafiyası Kadri Ecvet Tezcan 16 iyun 1949-cu ildə İstanbulda anadan olub. 1968-ci ildə Qalatasaray liseyini bitirdikdən sonra təhsilini İstanbul Universitetinin İqtisadiyyat fakültəsinin Biznesin idarə edilməsi bölməsində davam edib və buradan məzun olub. Fransız və ingilis dillərini təmiz bilir, evlidir və iki övladı var.

Karyerası

İş yerləri:KADRİ ECVET TEZCAN 1973–1974-cü illərdə — Türkiyə Xarici İşlər Nazirliyi, Ankara, Konsulluq İşləri İdarəsi, Diplomatik xidmətə namizəd, üçüncü katib 1975–1976-cı illərdə Xarici İşlər Nazirliyinin Mədəniyyət İşləri Baş İdarəsində ikinci katib 1976–1980-ci illərdə Türkiyənin Varşavadakı səfirliyində ikinci və birinci katib 1980–1982-ci illərdə Türkiyə Xarici İşlər Nazirliyinin Strateji Araşdırmalar və Silahsızlaşdırma İdarəsində şöbə müdiri 1982–1983-cü illərdə Xarici İşlər Nazirliyinin Yaxın Şərq və Afrika Departamentində şöbə müdiri 1983–1987-ci illərdə Türkiyənin Budapeşt Səfirliyində birinci katib və müşavir 1987–1989-cu illərdə Xarici İşlər Nazirliyinin Asiya, Afrika və Latın Amerikası ölkələri Departamentində şöbə müdiri 1989–1993-cü illərdə Hamburqda baş konsul 1993–1994-cü illərdə Xarici İşlər Nazirliyinin Yaxın Şərq və Məğrib ölkələri ilə İqtisadi Əlaqələr şöbəsində şöbə müdiri 1994–1995-ci illərdə Xarici İşlər Nazirliyinin Kəşfiyyat və Tədqiqat İdarəsində şöbə müdiri 1995–1998-ci illər arasında Xarici İşlər Nazirliyinin Kəşfiyyat və Tədqiqatlar Baş İdarəsində Baş direktorun müavini 1998-ci ildə Azərbaycana fövqaladi və səlahiyyətli səfir təyin edilib və 2001-ci ilə qədər bu vəzifədə çalışıb. 2001–2003-cü illərdə — Xarici İşlər Nazirliyinin Təftiş komissiyasında səfir Təftiş şurasının üzvü olub 2003–2005-ci illərdə Xarici İşlər Nazirliyində Kəşfiyyat və Tədqiqatlar Baş idarəsinin səfiri və baş direktoru 2005–2008-ci illərdə Polşada səfir 2008–2009-cu illərdə Xarici İşlər Nazirliyində ümumi siyasi məsələlər üzrə müşavir və səfir 2009–2011-ci illərdə Türkiyənin Avstriyadakı səfiri 25 oktyabr 2011-ci ildə Parisdə İƏİT-da Daimi nümayəndə vəzifəsinə təyin olunub və bu vəzifədə 2013-cü il noyabrın 15-dək çalışmışdır.

Həmçinin bax Türkiyənin Azərbaycandakı səfirləri

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Türkiyə diplomatları Kateqoriya:Türkiyə səfirləri Kateqoriya:Türkiyənin Azərbaycandakı səfirləri