Takopi's Original Sin, Yaponiyada tanınan adı ilə – Tayzan 5 tərəfindən yazılmış və illüstrasiya olunmuş veb-manqa seriyası. 2021-ci ilin dekabrından 2022-ci ilin martına qədər "Shueisha" nəşriyyatının "Shōnen Jump+" platformasında serializasiya olunmuşdur. Manqa seriyasının 2 tankobon cildi buraxılmışdır. Manqa seriyası Xoşbəxtlik planetindən Yerə səyahət edən Takopi adlı yadplanetlinin Şizuka Kuze adlı 9 yaşlı qızla tanış olmasından bəhs edir. Takopi ailəsi tərəfindən sayılmayan, məktəbdə zorakılığa məruz qalan, çətin həyat keçirən Şizukanı xoşbəxt etməyə çalışır, lakin insanların hislərini yaxşı başa düşmədiyi üçün işlər qarışır.
"Enishiya" studiyası tərəfindən istehsal olunmuş və 6 seriyadan ibarət olan ONA adaptasiyası 2025-ci ilin iyunundan avqustuna qədər yayımlanmışdır. Manqa seriyası 2022-ci ildə Yaponiya Karikaturaçılar Assosiasiyasının Mükəmməllik Mükafatının qalibi olmuşdur.
Məzmun 2016-ci ildə Xoşbəxtlik planetindən olan Nueinukf adlı yadplanetli Yerə enərək xoşbəxtliyi digərlərinə də yaymağa qərar verir. Yaxalanmadan son anda qurtulan o, məktəbdə bullinqə məruz qalan və Çappi adlı itindən başqa heç bir dostu olmayan Şizuka Kuze adlı 9 yaşlı qızla qarşılaşır. Şizuka onu səkkizayaqlıya oxşatdığı üçün ona Takopi adını verir. Takopi planetinin Xoşbəxt alətlərindən istifadə edərək Şizukaya kömək etməyə qərar verir, lakin tezliklə Şizukanı döyülmüş vəziyyətdə və Çappi olmadan tapır. Şizuka onun Xoşbəxt alətlərindən birindən istifadə edərək intihar edir. Vəziyyətin səbəbkarlarından biri olduğunu başa düşən Takopi başqa bir alətdən istifadə edərək zamanda geriyə gedir və Şizukanın həyatını düzəldəcəyinə ümid edir.
Bu zaman döngülərinin birində Şizuka və onu bullinq edən Marina Kirarazaka arasında münaqişə yaşanır. Belə ki, Şizukanın anası Marinanın atası ilə görüşdüyü üçün Marinanın ailəsi çətin günlər yaşayır. Takopi Şizukanı xilas etmək üçün Xoşbəxt kamera ilə Marinanı öldürür. Alət sınır və nəticədə, Takopi vəziyyəti düzəltmək üçün zamanda geriyə gedə bilmir. Şizukanın sinif yoldaşlarından biri olan Naoki Azumanın köməyi ilə cəsədi basdırırlar və cinayəti ört-basdır etməyə çalışırlar. Takopi cinayətə gizlətmək üçün Marinanın cildinə girsə də, tezliklə işçilər cəsədi tapırlar. Şizuka atasının yanına gedib Çappini xilas etmək üçün Naokidən cinayət məsuliyyətini öz üzərinə götürməsini istəyir. Şizuka Tokioya gedəndə atasının yeni ailəsi ilə qarşılaşır və Çappini tapa bilmir. Bu, onu daha çox ümidsizliyə sürükləyir. Bu zaman Takopi hər şeyi xatırlamağa başlayır: o, ilk olaraq Yerə 2016-cı ildə yox, 2022-ci ildə gəlibmiş və Marina ilə qarşılaşıbmış. Takopi Marinanı xoşbəxt etmək üçün Şizukanı öldürməyə qərar veribmiş və planetindəki Böyük Xoşbəxt Saat ilə 2016-ci ilə səyahət edibmiş, lakin bu zaman planetin matriaxı onun yaddaşını silibmiş.
Takopi Şizukanın acısını başa düşmədiyi ondan üzr istəyir və onunla son dəfə vaxt keçirir. O, həyat enerjisindən istifadə edərək son dəfə Xoşbəxt kameradan istifadə edir və zamanı Şizukanın onunla tanış olduğu vaxta qaytarır. Lakin bu dəfə Takopi fiziki olaraq mövcud olmur. Marina və Şizuka artıq onu xatırlamasalar da, Takopinin eskizini görüb duyğulanırlar. 6 il sonra – 2022-ci ildə Şizuka və Marina çətin uşaqlıq keçirən, amma xoşbəxt böyüyən yaxın dostlara çevrilirlər.
Personajlar /
Xoşbəxtlik planetindən olan yadplanetli. Səkkizayaqlıya oxşayır. Onun əsas məqsədi Xoşbəxt alətlərindən istifadə edərək xoşbəxtliyi bütün insanlara yaymaqdır. Lakin insanların hislərini başa düşməkdə çətinlik çəkir.
Takopinin Yerə gəldikdən sonra dostlaşdığı qız. Anası ekskort kimi işlədiyi üçün məktəbdə bullinqə məruz qalır və heç bir dostu yoxdur. Təkcə iti Çappi ilə vaxt keçirməkdən zövq ala bilir.
Şizukanın sinif yoldaşı. Şizukaya bullinq etməyi sevir. Əslində bunun səbəbi Şizukanın anasının onun atası ilə görüşməsidir. Bu səbəbdən Marinanın anası da ona bullinq edir.
Şizukanı dəstəkləməyə çalışan sinif yoldaşı. Lakin Şizuka hər dəfə onun köməyini geri çevirir. Qardaşı Cunya ondan daha bacarıqlı olduğu üçün anasının təzyiqlərinə məruz qalır.
İstehsal Manqa Tayzan 5 bir müsahibəsində bildirmişdi ki, bir gün redaktoru ondan istədiyi hər hansı bir mövzuda bir iş hazırlamasını istəmişdir. O, bundan sonra "Doraemonun qaranlıq versiyasını" hazırlamaq qərarına gəlmiş və zaman döngüsündən bəhs edən bir iş hazırlayarsa, serializasiya olunacağını düşünmüşdür. Tayzan 5 "Re:Zero" seriyasının fanatı olduğunu bildirmişdir. Manqanın serializasiyası barəsində keçirilən iclasdan sonra redaktor departamenti hekayənin 2 cilddən sonra yekunlaşdırılmasını tövsiyə etmişdir. Tayzan 5 artıq hekayəni işləmiş, serializasiya zamanı sadəcə sonluqla bağlı dəyişikliklər aparmışdır. O, hər fəsili çəkmək üçün adətən 5 gün, bəzən isə 7 gün vaxt sərf etmişdir.
Tayzan 5 daha əvvəl hazırladığı van-şot manqalarında əsasən deformasiyaya uğramış personaj təsvirlərindən istifadə etsə də, "Takopi's Original Sin" üzərisində işləyərkən personajların üz ifadələrini daha detallı işləmiş və daha çox xətt əlavə etmişdir. O, fəsillərdə açılış və sonluğun oxucunun üzərisində güclü təsir buraxmasına əhəmiyyət verdiyini qeyd etmiş, həmin səhnələrdə personajların yaxın üz təsvirlərindən istifadə etməyə üstünlük vermişdir. O, animelərdəki təsvirlərdən nümunə kimi istifadə etdiyini, çünki animelərdə ağlayan personajların üzlərini sevdiyini qeyd etmişdir. Manqanın telefonda rahat oxunmasını təmin etmək üçün panellərin sayını azaltmış və danışıq şarlarının ölçüsünü böyütmüşdür.
Anime Animenin rejissoru Şinya İino bir müsahibəsində bildirmişdir ki, animenin istehsalı zamanı iki məqama diqqət yetirmişdir: birincisi, Takopinin şirinliyini ön plana çıxarmaq və Takopinin xüsusiyyətlərini hərəkətləri ilə çatdırmaq; ikincisi isə hekayədəki həssas mövzuları səthi yox, dərindən işləmək. Onlar televiziya serialı yox, striminq üçün anime hazırlamağa qərar vermişdirlər, çünki ONA formatı onlara seriyaların müddətini istədikləri kimi tənzimləmək sərbəstliyi vermiş, beləliklə, manqadakı pauzaları və zamanlamaları daha yaxşı əks etdirə bilmişdirlər. Onlar manqanın fanatlarının necə hiss edəcəkləri barədə müzakirələr aparmış, hekayədəki qaranlıq anları balanslaşdırmağa çalışmışdırlar. İino izləyicilərə Takopinin daim insanlara kömək etmək istəyən biri olduğunu hiss etdirmək istəmişdir.
Media Manqa Manqa seriyası Tayzan 5 tərəfindən yazılmış və illüstrasiya olunmuşdur. Bu onun ilk serializasiya olunmuş işidir. Manqa seriyası 10 dekabr 2021-ci ildən 25 mart 2025-ci ilə qədər "Shueisha" nəşriyyatının "Shōnen Jump+" platformasında serializasiya olunmuşdur. Manqa seriyasının iki tankobon fəsli buraxılmışdır.
Cildlər
Anime Anime adaptasiyası 9 dekabr 2024-cü ildə anons edilmişdir. "Enishiya" studiyası tərəfindən istehsal olunan 6 seriyalıq ONA adaptasiyasının rejissoru və ssenaristi Şinya İino, personaj dizayneri Keyta Naqaharadır. Animeyə ilkin baxış 20 may 2025-ci ildə baş tutmuşdur. Anime 28 iyundan 2 avqust 2025-ci ilə qədər "Abema", "Hulu", "Amazon Prime Video", "Netflix", "Lemino" kimi striminq xidmətləri vasitəsilə yayımlanmışdır. Açılış mahnısı Ano tərəfindən ifa olunan mahnısı, bağlanış mahnısı Tele tərəfindən ifa olunan mahnısıdır.
2026-cı ilin mayında 6 seriyanı özündə birləşdirən və əlavə yeni səhnələrin olduğu "Takopi's Original Sin: Thank You, See You Tomorrow" adlı yığma anime filmi anons edilmişdir. Film Yaponiyada 27 noyabr 2026-cı ildə buraxılacaq. Filmin əsas mahnısı Tele tərəfindən ifa olunan "Rabyū" mahnısıdır.
Seriyalar № Azərbaycanca adıYaponca adı Rejissor Ssenari müəllifi Animasiya rejissoru Yayım tarixi
Qəbul Manqa seriyası "Shōnen Jump+" platformasında tək gündə 2 milyondan baxış alan ilk manqa seriyası olmuşdur. 2022-ci ildə Yaponiya Karikaturaçılar Assosiasiyasının Mükəmməllik Mükafatının qalibi olmuşdur.
Anime adaptasiyası 2026-cı ildə "İlin dram animesi" kateqoriyasında Anime Trend Mükafatının qalibi olmuşdur. Həmin il Annesi Beynəlxalq Animasiya Filmi Festivalında teleserial üçün jüri mükafatının qalibi olmuşdur.
Qeydlər
İstinadlar
Xarici keçidlər
Kateqoriya:2021-ci ilin manqaları Kateqoriya:2025-ci ilin anime ONA-ları Kateqoriya:Zaman səyahəti haqqında anime və manqalar Kateqoriya:Manqalara əsaslanan anime serialları Kateqoriya:Crunchyroll animeləri Kateqoriya:Dram anime və manqaları Kateqoriya:Antiutopik anime və manqalar Kateqoriya:Qorxu anime və manqaları Kateqoriya:Elmi fantastika anime və manqaları Kateqoriya:Yaponiya veb-komiksləri Kateqoriya:Shueisha manqaları Kateqoriya:Çap olunmuş veb-komikslər Kateqoriya:Şonen manqaları Kateqoriya:Uydurmada intihar