Eurystomus gularis (Mavi boğazlı roller) — "Coraciidae" fəsiləsinə aid olan quş növü.

Yarımnövlər

İki yarımnövü var: "Eurystomus gularis gularis" - (Viyyo, 1819): Qvineyadan qərbi Kameruna qədər rast gəlinir. "Eurystomus gularis neglectus" - (Noyman, 1908): Cənub-şərqi Nigeriya və cənub Kamerundan şimal Anqola və Uqandaya qədər rast gəlinir.

Təsvir Mavi-boğazlı roller yumru, böyük başlı və qalın boyunlu bir quşdur və tez-tez ağacların təpələrində görünür. Ümumilikdə tünd rəngli bir quşdur, əsasən şabalıdı-qəhvəyi rəngdədir, parlaq sarı dimdiyi, boğazında mavi ləkəsi, mavi quyruğu və bənövşəyi-mavi qanadları var. Cavan fərdlərin alt hissələrində mavi çalar var. Bu, kifayət qədər uzun qanadlı bir rakşədir və uçuş zamanı qırğıya bənzəyə bilər. Uzunluğu 25 sm-dir, erkəklərin çəkisi 82–117.5 qram, dişilərin çəkisi isə 88–108 qramdır.

Həmçinin bax Eurystomus glaucurus

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:1819-cu ildə təsvir edilən quşlar Kateqoriya:Lui Pyer Vyeyo tərəfindən adlandırılmış taksonlar