thumb|Kokos dininin üzən məbədi (1969). thumb|Kokos dininin bayrağı. Kokos dini – Cənubi Vyetnamın Bençe əyalətində Onq Dao Dua tərəfindən yaradılmış din. 1975-ci ildə yeni sosialist hökumət tərəfindən ləğv olunana qədər Cənubi Vyetnamda mövcud olmuş çoxsaylı dinlərdən biri olmuşdur. Dao Dura dini harmoniyanı təbliğ etmiş, buddizm və xristianlıq kimi bir çox dini birləşdirmişdir. Kokos dini Vyetnam hökuməti tərəfindən din kimi tanınmır.

Tarixi Kokos dini 1963-cü ildə vyetnamlı mistik və alim Nquyen Thanh Nam tərəfindən yaradılmışdır. O, Kokos rahibi, Dinclik peyğəmbəri, Hay dayı kimi adlarla tanınmışdır. Fransa universitetlərinin birində təhsil alan Nam Vyetnamın cənubunda, Bençe əyalətində "Kokos krallığı" adlı su üzərində üzən paqoda qurmuşdur. Deyilənə görə o, üç il boyunca ancaq kokosla qidalanmış, bu müddət ərzində daşdan hazırlanmış kiçik səkidə meditasiya ilə məşğul olmuşdur. Nam 1971-ci ildə Cənubi Vyetnam prezident seçkiləri üçün namizədliyini vermiş, lakin həbs olunacağını düşündüyü üçün namizədliyini geri çəkərək "Kokos krallığı"na qayıtmışdır. Bu davranışına baxmayaraq Sayqon hökuməti ona hörmətlə yanaşmış və onu "din adamı" hesab etmişdir. O, adətən boynunda xaç gəzdirirdi və buddist geyimi geyinirdi.

Pik nöqtəsində Kokos dininin 4000-ə yaxın təqibçisi var idi. ABŞ romançısı Con Steynbekin oğlu IV Con Steynbek bu dinin inananlarından biri olmuşdur. Kokos dini 1975-ci ildə kommunist rəsmiləri tərəfindən kult hesab olunmuş və qadağan edilmişdir.

Kokos rahibi 1990-cı ildə naməlum səbəblərdən öldükdən sonra Kokos dini tənəzzülə uğramışdır. "Kokos krallığı" turistlər tərəfindən ziyarət olunan görməli yerə çevrilmişdir.

Həmçinin bax Vyetnamda din

İstinadlar

Kateqoriya:Vyetnamda din Kateqoriya:Kokos palmaları Kateqoriya:Dini inanclar, ənənələr və hərəkatlar