Sloveniya milli futbol komandası - Sloveniyanı beynəlxalq futbol turnirlərində təmsil edən milli futbol komandası.

Tarixi Azərbaycan milli komandası kimi Avro-1996-dan etibarən beynəlxalq arenaya çıxan Sloveniya yığması keçirdiyi 8 seçmə mərhələnin 3-də uğur qazanıb. 2000-ci ildə qitə, iki il sonra dünya çempionatının final mərhələsinə yüksələn balkanlılar hər iki halda qrup səddini adlaya bilməyib. Həmin vaxtlar yığmaya Sreçko Katanets rəhbərlik edirdi. Tarixində üçüncü dəfə böyük yarışa yollanan sabiq yuqoslaviyalılar final mərhələlərindəki 6 matçında hələ də qələbə qazanmayıb. Düzdür, 10 il əvvəl Sloveniya – Yuqoslaviya matçının 65-ci dəqiqəsinədək hesab 3:0 idi. Lakin Sreçko Katanetsin yetirmələri üstünlüyü əldən verib, 1 xalla kifayətlənməli oldu – 3:3. Bu və daha bir heç-heçə hələlik ən böyük uğur sayılır.

İstinadlar

Həmçinin bax

Kateqoriya:Avropa milli futbol komandaları Kateqoriya:Sloveniyada futbol Kateqoriya:Sloveniya milli idman komandaları