"Combat 18" (qısaca "C18") — 1992-ci ildə Britaniya Milli Cəbhəsi ilə "Chelsea Headhunters" fanat qrupu arasında bağlanan razılaşmadan sonra neonasist "Blood and Honour" təşkilatı tərəfindən qurulan Britaniya sağçı radikal terror təşkilatı. Təşkilat üzvləri immiqrantların, "Avropa görünüşlü olmayan" insanların və C18-in digər üzvlərinin qətllərində şübhəli bilinir. 18 rəqəmi nasist mühitində Adolf Hitlerin adına işarədir (1 — "A" hərfi, 8 — "H" hərfi). "Combat 18" üzvlərinin Britaniya həbsxana xidmətindəStaff Membership of Racist Groups and Organisations: Annex A , HM Prison Service, 2001 və polis sistemindəBBC News, "Officer resigns over BNP badge" 3 October 2008 işləməsi qadağandır.
Tarixi 1992-ci ilin əvvəllərində ifrat sağçı Britaniya Milli Partiyası (BNP) öz tədbirlərini antifaşistlərdən qorumaq məqsədilə "Combat 18"i rəhbər qrup kimi formalaşdırmışdır. Təşkilatın qurucuları Çarli Sarcent və Harold Kovinqton olmuşdur.BNP Under the skin: 1992 , BBC, 2001 Qrupun yaradıcıları Vilyam Pirsın ideyalarından təsirlənmişdir.
C18 qısa müddətdə immiqrantlara, etnik azlıqlara və solçulara qarşı zorakılıq təhdidləri ilə ölkənin diqqətini cəlb etmişdir.World in Action documentary April 1993 1992-ci ildə siyasi rəqiblərin şəkillərini, adlarını və ünvanlarını özündə əks etdirən "Redwatch" jurnalını nəşr etməyə başlamışdır. "Combat 18" açıq neonasist qruplaşma olaraq zorakılığı müdafiə etmiş və seçkiləri rədd etmişdir. Bu səbəbdən Sarcent 1993-cü ildə Britaniya Milli Partiyasından qəti şəkildə ayrılmışdır."BNP: under the skin" , BBC, 2005
İstinadlar
Kateqoriya:Nifrət cinayəti Kateqoriya:Neonasist təşkilatlar