Dacetinops — Myrmicinae yarımfəsiləsinə aid qarışqa növü. Ümumi məlumat Dacetinopsun yeddi növü Kalimantan (D. cirrosus, D. concinnus, D. solivagus və D. wilsoni) və Papua Yeni Qvineya adalarından (D. cibdelus, D. darlingtoni və D. ignotus) məlumdur. Bir növ D. cirrosus, həmçinin Qərbi Malayziyanın Terenqqanu və Johor bölgələrində də rast gəlinir. Bu cins ilk dəfə D. cibdelus tip növü ilə Brown & Wilson (1957) tərəfindən Papua Yeni Qvineyanın Lae bölgəsində Vilson tərəfindən toplanmış işçi, qanadsız kraliça (ana qarışqa) və sürfələr əsasında təsvir edilmişdir. Bu cinsə aid qarışqalar ilk dəfə 50 il əvvəl Papua Yeni Qvineyanın Astrolabe Bay bölgəsində toplanmışdı, lakin nümunələr Macarıstan Təbiət Tarixi Muzeyinin kolleksiyalarında təsnif edilmədən qalmış və C.Taylor (1985) tərəfindən yenidən aşkar edilənə qədər orada saxlanılmışdır.Taylor, R. W. (1985). "The ants of the Papuasian genus Dacetinops (Hymenoptera: Formicidae: Myrmicinae)." Pp. 41-67 in: Ball, G. E. (ed.) 1985. Taxonomy, phylogeny, and zoogeography of beetles and ants: a volume dedicated to the memory of Philip Jackson Darlington, Jr., 1904-1983. Series Entomologica (Dordrecht) 33: 1-514.

Növləri Dacetinops cibdelus Brown & Wilson, 1957 Dacetinops cirrosus Taylor, 1985 Dacetinops concinnus Taylor, 1965 Dacetinops darlingtoni Taylor, 1985 Dacetinops ignotus Taylor, 1985 Dacetinops solivagus Taylor, 1985 Dacetinops wilsoni Taylor, 1985 Qalereya

İstinadlar

Xarici keçidlər

http://eol.org/pages/88805/overview

Kateqoriya:Qarışqalar