thumb|HMS Bounty gəmisinin üsyan qaldırmış heyəti gəmi kapitanını gəmidən uzaqlaşdırarkən, Milli Dəniz Muzeyindəki rəsmlər, London (1790)

Hərbi üsyan və ya Qiyam — eyni şəraitdə olan bir qrup insanın (adətən hərbi personal və ya gəmi heyəti, hətta mülki şəxslər olsalar belə) qanuni olaraq tabe olmaları tələb olunan əmrlərə tabe olmamaları nəticəsində törətdikləri cinayət. Keçmiş dövrlərdə bir çox ölkələrdə üsyan ölüm cəzası kimi sərt cəzalarla cəzalandırılmışdır.

Əsgərlərin öz komandirlərinə qarşı üsyan qaldırması hərbi üsyana aid misal ola bilər. Eramızdan əvvəl 327-ci ildə Hindistana girmək istəyən Makedoniyalı İsgəndər döyüşlərdən yorulmuş əsgərlərinin ona müqavimət göstərməsinə görə bu planından əl çəkməli olmuşdur.

1520-ci ildə Fernan Magellan dünyanı dövrə vurmaq üçün səyahət edərkən Amerika sahillərində gəmi heyətinin üsyanı ilə qarşılaşmışdır. O, üsyançılardan birini edam etdirmiş, digərini isə sahildə qoymuşdur.

Sosial problemlərə görə baş vermiş üsyanlara göstərilə biləcək ən yaxşı nümunələrdən biri isə eramızdan əvvəl 73-cü ildə İtaliyada Spartakın başçılığı altında baş vermiş qul üsyanıdır.

İstinadlar

Ədəbiyyat siyahısı

Jaclyn Johnson's Military Mutinies and Defections Database (MMDD), 1945–2017.

Pfaff, Steven and Michael Hechter. 2020. The Genesis of Rebellion: Governance, Grievance, and Mutiny in the Age of Sail. Cambridge University Press.

Kateqoriya:Qiyamlar Kateqoriya:Cinayətlər Kateqoriya:Hərbi hüquq Kateqoriya:Hərbi üsyanlar Kateqoriya:Müharibə qanunları