Reyçel Çinouriri (; ) — İngiltərə müğənnisi, mahnı yazarı. "SoundCloud" platformasında çoxsaylı mahnılar paylaşdıqdan sonra 2018-ci ildə əsas musiqi yayım platformalarında öz əsərlərini təqdim etməyə başlamışdır. 2019-cu ildə tənqidçilər tərəfindən yüksək qiymətləndirilən ilk minialbomunu - "Mama's Boy"u işıq üzünə çıxarmışdır. Minialbomda yer alan "So My Darling" mahnısı "TikTok" platformasında geniş istifadə olunan populyar audioya çevrilərək diqqət mərkəzində olmuşdur.
Çinouriri "Parlophone" şirkəti ilə müqavilə imzalamış və 2021-ci ildə həmin şirkətlə özünün ilk minialbomunu - "Four° In Winter"i təqdim etmişdir. Albomun "Give Me A Reason" adlı sinqlı "Ən yaxşı müasir mahnı" nominasiyası üzrə "Ayvor Novello" mükafatına namizəd göstərilmişdir. Musiqiçi 2022-ci ildə özünün ikinci minialbomu olan "Better Off Without"u yayımlamışdır. Çinouriri 2024-cü ilin may ayında özünün ilk studiya albomunu - "What a Devastating Turn of Events"i təqdim etmiş, 2025-ci ilin aprel ayında isə "Little House" minialbomunu buraxmışdır.
Erkən həyatı və təhsili Çinouriri 1998-ci il noyabrın 1-də Kinqston xəstəxanasında anadan olmuşdur. Ailəsi sonradan Kroydonun Forestdeyl ərazisinə köçmüş və o, üç yaşından etibarən burada tərbiyə almışdır. Valideyinləri onun doğumundan qısa müddət əvvəl Zimbabvedən Birləşmiş Krallığa mühacirət etmişdilər və o, "ənənəvi Afrika tərbiyəsi" almışdır. Aldığı tərbiyə onda Britaniya mədəniyyətinə, xüsusilə musiqisinə qarşı maraq oyatmış və yeniyetməlik dövründə "Daughter" (musiqi qrupu) və Lili Allenin diskoqrafiyalarının təsirinə qapılmışdır. Çinouriri on yeddi yaşında mahnılar bəstələməyə başlamış və iyirmi funt-sterlinqlik mikrofon vasitəsilə yazıya almışdır. Həmin əsərləri anasının noutbuku vasitəsilə "SoundCloud" musiqi paylaşma platformasında yerləşdirmişdir.
Şəxsi həyatı 2024-cü ilin mart ayında Çinouriri Ostin şəhərində (Texas ştatı) keçirilən "South by Southwest" musiqi festivalını boykot edən incəsənət xadimlərindən biri olmuşdur. Boykotun səbəbi tədbirin ABŞ Ordusu və əsas müdafiə podratçıları ilə sponsorluq müqaviləsi, həmçinin Qəzza müharibəsinə etiraz idi. Çinouriri sosial media platformasında verdiyi bəyanatda öz qərarını izah edərək bildirmişdir ki, müharibə mövzusu onun üçün "son dərəcə həssas" məsələdir, belə ki, valideynlərinin hər ikisi Böyük Britaniyaya mühacirət etməzdən əvvəl Zimbabvedə uşaq əsgər kimi xidmət göstərmişlər. O, həmçinin pərəstişkarlarını "müharibə qurbanlarını mümkün olan hər vasitə ilə dəstəkləməyə" çağırmışdır.
Diskoqrafiya Studiya albomları What a Devastating Turn of Events (2024)
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Parlophone artistləri