Qabil Cumalı oğlu Sayadov () — Azərbaycanlı karateçi və idman xadimi. Azərbaycan Karate Federasiyasının Baş katibi, karate üzrə 5-ci dan qara kəmər sahibi, "WFKF və KWU-SENSHI" beynəlxalq karate təşkilatlarının Azərbaycan üzrə rəsmi nümayəndəsi, Azərbaycan Respublikasının Əməkdar məşqçisi, beynəlxalq yarışların qalibi və kyokuşin karate dünya çempionatının mütləq çəkidə bürünc mükafatçısı, beynəlxalq dərəcəli hakim.
Həyatı Qabil Cumalı oğlu Sayadov 26 avqust 1976-cı ildə Ermənistan SSR-in Vardenis rayonunun Günəşli kəndində anadan olub. Uşaqlıq illərindən idmana maraq göstərmiş, erkən yaşlarından karate ilə məşğul olmağa başlamışdır. Orta təhsilini əla qiymətlərlə başa vurduqdan sonra, yüksək balla Qafqaz Universitetinə qəbul olur.
Karyerası İdman karyerasına karate üzrə başlayan Qabil Sayadov müxtəlif illərdə beynəlxalq yarışlarda çıxış edərək bir sıra uğurlar qazanmışdır. O, dünya çempionatlarının qalibi (2006) və bürünc mükafatçısı (2018) olub.
Uzun illər məşqçilik fəaliyyəti ilə də məşğul olmuş, bir çox gənc idmançının yetişdirilməsində rol oynamışdır. Yüksək nəticələrinə görə Azərbaycan Respublikasının Əməkdar məşqçisi fəxri adına layiq görülmüşdür.
Hazırda Azərbaycan Karate Federasiyasının baş katibi vəzifəsini icra edir.
Eyni zamanda, "WFKF və KWU-SENSHI" beynəlxalq karate təşkilatlarının Azərbaycan üzrə rəsmi nümayəndəsi qismində fəaliyyət göstərir.
Ailəlidir, 3 övladı var.
Fəxri adları və titulları
5-ci dan qara kəmər sahibi; Azərbaycan Respublikasının Əməkdar məşqçisi; Dünya çempionatlarının mükafatçısı; Hərbi döyüş çoxnövçülüyü üzrə dünya çempionu (2006); Azərbaycan Karate Federasiyasının baş katibi; "WFKF və KWU-SENSHI"nin Azərbaycan üzrə rəsmi nümayəndəsi.
İstinadlar