Dədəsahib Palke (; ), Dədəsahib Falke, əsl adı — Dhundirac Qovind Phalke (, ) — hind kinorejissoru, kinoprodüseri və ssenaristi. O, "Hind kinosunun atası" hesab olunur.
Onun debüt filmi olan "Raca Harişçandra" (1913) Hindistanda çəkilmiş ilk səssiz tammetrajlı film hesab olunur. Dədəsahib Palke 95 tammetrajlı və 26 qısametrajlı filmin müəllifidir. Onların arasında ən məşhurları bunlardır: "Mohini və Bhasmasur" (1913), "Satyavan və Savitri" (1914), "Lanka od içində" (1917), "Şri Krişnanın doğuluşu" (1918) və "Krişnanın uşaqlığı" (1919).
Onun şərəfinə Hindistanın kino sahəsində ən yüksək mükafatı — ölkə kinematoqrafiyasının inkişafına və yüksəlişinə görkəmli töhfəyə görə təqdim edilən Dədəsahib Palke mükafatı təsis edilmişdir.
İstinadlar
Ədəbiyyat siyahısı
Xarici keçidlər
Kateqoriya:Hindistan kinorejissorları Kateqoriya:Hindistan ssenaristləri Kateqoriya:XX əsrin ssenaristləri Kateqoriya:Hindistan kinoprodüserləri