Tahir Əhməd oğlu Məhərrəmov () — Azərbaycan ədəbiyyatşünası, şərqşünas-alim, şair, filologiya elmləri doktoru (1975).
Həyatı Tahir Məhərrəmov 1916-cı il dekabrın 20-də Qazax mahalının Aşağı Əskipara kəndində anadan olmuşdur. İlk təhsilini doğma kəndində almış, 1930-cu illərdə Qazax Müəllimlər Seminariyasını bitirmişdir. Aşağı Əskipara və Tatlı kəndlərində müəllim işləmişdir.
1940-cı ildə hərbi xidmətə çağırılmış, ordu sıralarında faşizmə qarşı döyüşmüşdür. Döyüş yolu Ukrayna cəbhəsindən başlayaraq Polşa və Macarıstan, Almaniyada başa çatmışdır.
1945-ci ildə ordudan tərxis olunmuş, bir müddət Ağdaş rayon Xalq Maarifi Şöbəsində çalışmışdır. 1946-cı ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə daxil olmuş, 1951-ci ildə fakültəni fərqlənmə diplomu ilə bitirmişdir.
Bir neçə il Balaxanı və Zabrat kəndlərində fars dili müəllimi işləmiş, 1958-ci ildən Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda elmi fəaliyyət göstərmişdir. 1964-cü ildə namizədlik, 1975-ci ildə doktorluq dissertasiyasını müdafiə etmişdir.
1964-cü ildən başlayaraq müxtəlif ali məktəblərdə pedaqoji işini davam etdirmişdir.
1976-1990-cı illərdə işlədiyi institutda yazılı abidələrin tədqiqi və nəşri şöbəsinin rəhbəri olmuşdur.
2013-cü il oktyabrın 12-də Bakıda vəfat etmişdir.
Fəaliyyəti Milli mətnşünaslıq məktəbinin görkəmli nümayəndələrindən olan Tahir Məhərrəmov 15 kitab, 250-dən çox elmi məqalənin müəllifi olmuşdur.
Namizədlik və doktorluq dissertasiyaları farsdilli poeziyada Nizami məktəbinin nümayəndəsi Əmir Xosrov Dəhləvinin yaradıcılığına həsr olunmuşdur. O, Əmir Xosrovun “Xəmsə”sindəki “Leyli və Məcnun” və “Mətləül-ənvar” poemalarının elmi-tənqidi mətnini hazırlamışdır.
“Əmir Xosrov Dəhləvinin “Leyli və Məcnun” poeması” kitabı 1970-ci ildə çap edilmişdir. Nizaminin “Yeddi gözəl” poemasının elmi-tənqidi mətni 1987-ci ildə Moskvada çap olunmuşdur.
1980-ci illərdən başlayaraq Əşrəf Marağayinin yaradıcılığı ilə məşğul olmuş, onun 5 poemasının elmi-tənqidi mətnini hazırlamışdır. “Əşrəf Marağayi (həyat və yaradıcılığı)” monoqrafiyası çap olunmuşdur.
Tərcümə sahəsində Nasir Xosrov Ələvinin “Səfərnamə” əsərini Azərbaycan dilinə çevirmişdir.
Uşaqlıq və döyüş xatirələrinə həsr olunmuş şeirləri vardır.
Mükafatları Faşizmə qarşı mübarizədə göstərdiyi igidliyə görə “II dərəcəli Vətən müharibəsi” ordeni ilə təltif olunmuşdur.
Çoxillik fəaliyyətinə görə “Şərəf nişanı” ordeni və bir sıra medallarla təltif edilmişdir.
2005-ci il sərəncamına əsasən Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə fərdi təqaüd almışdır.
Əsərləri Əmir Xosrov Dəhləvinin “Leyli və Məcnun” poeması /T.Məhərrəmov; red. Ə.Rəhimov, Ə.Minayi; Azərbaycan SSR Elmlər Akademiyası Yaxın və Orta Şərq Xalqları İnstitutu.- Bakı: Elm, 1970.- 152, s.
Поэма "Меджнун и Лейли" Амир Хосрова Дехлеви: Автореферат дис. на соискание ученой степени кандидата филологических наук /АН АзССР. Ин-т востоковедения.- Баку: Изд-во Акад. наук АзССР, 1964.- 32 с.
Научно-критический текст поэмы "Матла'ал-Анвар" Амира Хосрова Дехлеви, ее текстологические и филологические исследования: (С сопоставлением с "Махзан ал-асрар" Низами и другими поэмами, напис. в этой традиции в XIII-XVII вв.): Автореферат дис. на соискание ученой степени доктора филологических наук. (10.01.06) /АН АзССР. Объедин. совет отд-ния общест. наук. Совет секции филол. наук.- Баку: [б. и.], 1975.- 164 с.
Redaktoru, ön söz müəllifi, rəyçisi, tərcüməçisi olduğu kitablar Bünyadova, Ş. Nizami və etnoqrafiya /Ş.T.Bünyadova; red. T.Məhərrəmov; AEA, Tarix İnstitutu Arxeologiya və Etnoqrafiya Sektoru.- Bakı: Elm, 1992.- 156 s.
Əliyev, S. İnsana arxadır onun kamalı /S.Y.Əliyev; ön sözün müəl. və red. T.Məhərrəmov.- Bakı: Yazıçı, 1991.- 176 s.
Həmidqızı, M. Zeynalabdin Marağalının İbrahim bəyin səyahətnaməsi romanı /Mahmizər Həmidqızı; Red.: İ.Qəribli; Rəyçilər: T.Məhərrəmov, A.Əliqızı; Azərbaycan Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutu.- Bakı: Elm, 2001.- 133 s.
Xosrov, N. Səfərnamə: Fars dilindən şərhli tərcümə /Nasir Xosrov; Müqəddimə, tərcümə, şərh, qeyd və adlar göstəricisi: T.Məhərrəmov; Azərbaycan Elmlər Akademiyası Şərqşünaslıq İnstitutu.- Bakı: Elm, 1997.- 180 s.
Mehrəliyev, E. Şirvanilər /E.Q.Mehrəliyev, Ə.N.Axundov; Red. T.Məhərrəmov.- Bakı: Elm, 1996.- 57 s.
Mehrəliyev, E. Ş.M.Babakuhi Bakuvi (Nişapuri, Şirazi) və Pirhüseyn Şirvani: (X-XI əsrlər) /E.Mehrəliyev; elmi red. T.Məhərrəmov.- Bakı: [Nafta-Press], 2002.- 78 s.
Nizami Gəncəvi. Xosrov və Şirin /Nizami Gəncəvi; filol. tərcümə, izahlar və qeydlər H.Məmmədzadə; red. T.Məhərrəmov, Ə.Əhmədov; Azərb. SSR Elmlər Akademiyası, Nizami ad. Ədəbiyyat İn-tu.- Bakı: Elm, 1981.- 370 s.
Rəhimov, Ə. Əbdi Bəy Şirazi: həyat və yaradıcılığı /Ə.Rəhimov; red. Ə.Şəfai, T.Məhərrəmov; Azərbaycan SSR Elmlər Akademiyası Yaxın və Orta Şərq Xalqları İnstitutu.- Bakı: Elm, 1970.- 156 s.
Səmərqəndi, D. Təzkirətüş-şüəra /D.Səmərqəndi; farsc. tərc. ed., müqəddimə, qeyd və şərhlərin müəl. Ə.Əhmədov; çapa hazırl., ön söz. və bəzi qeydlərin müəl. L.Sultanova; elmi red.: T.Quliyev, T.Məhərrəmov.- Bakı: [n. y.], 2022.- 559 s.
Хосров, Дехлеви. Хамса. Пятерица: Критич. текст /Поэма 3: Маджнун и Лайли /Сост. текста и предисл. Т.Магеррамов.- Москва: Наука, 1975.- 22, XXXI, 274 с.
Məqalələri Azərbaycan şərqşünaslığının ağsaqqalı /T.Məhərrəmov //Xalq qəzeti 2001.‒ 11 yanvar.‒ S.5. Böyük şair Əmir Xosrov Dəhləvi /T.Məhərrəmov //Şərqşünaslıq İnstitutunun elmi əsərləri.‒ 1960.‒ №2.‒ S.105-118. Əmir Xosrov Dəhləvinin “Xəmsə” si haqqında /T.Məhərrəmov //Azərb.SSR EA-nın Xəbərləri. İctimai elmlər seriyası.‒ 1960.‒ №5.‒ S.101-115. Əmir Xosrov Dəhləvinin “Məcnun və Leyli” əsəri /T.Məhərrəmov //Azərb.SSR EA‒nın Xəbərləri. İctimai elmlər seriyası.‒ 1961.‒ №8.‒ S.61-65. Tənqidi mətn tərtibində vahid üsul yaradılması haqqında /T.Məhərrəmov //Azərb.SSR EA‒nın Xəbərləri. Ədəbiyyat, dil və incəsənət seriyası.‒ 1974.‒ №2.‒ S.28-37.Nizаminin “Lеyli və Məcnun” və Əmir Хоsrоvun “Məcnun və Lеyli” əsərləri һаqqındа /T.Məhərrəmov //İrаn filоlоgiyаsı məsələləri: məqаlələr məcmuəsi.‒ Bakı, 1973.‒ Bur. 2.‒ S.80-94. Nizaminin “Məxzənül‒əsrar”ı və Əmir Xosrovun “Mətləül‒ənvar”ı haqqında /T.Məhərrəmov //Azərb.SSR EA‒nın Xəbərləri. Ədəbiyyat, dil və incəsənət seriyası.‒ 1975.‒ №3.‒ S.42-52. Принципы составления научно‒ критического текста «Семь красавиц» Низами /Т.Магеррамов //Материалы научной конференции, посвященные проблеме «Азербайджанская культура XI‒XII веков и творчество Низами Гянджеви», 26‒27 ноября 1980 г.; Ин‒т лит. им. Низами АН Азерб.ССР.‒ Баку, 1980.‒ С.48.
İstinadlar
Kateqoriya:Azərbaycan ədəbiyyatşünasları Kateqoriya:Azərbaycanlı ədəbiyyatşünaslar Kateqoriya:Azərbaycan tərcüməçiləri Kateqoriya:Azərbaycanlı tərcüməçilər Kateqoriya:Azərbaycan mətnşünasları Kateqoriya:Azərbaycanlı mətnşünaslar Kateqoriya:Azərbaycan şairləri Kateqoriya:Azərbaycanlı şairlər Kateqoriya:Azərbaycan şərqşünasları Kateqoriya:Azərbaycanlı şərqşünaslar