Türkiyənin Azərbaycandakı səfirliyi — Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliyi.
3 dekabr 2024-cü il tarixində Türkiyənin Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Birol Akgün təyin olunmuşdur.
Tarixi Türkiyə 9 noyabr 1991-ci ildə Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətdir. İki ölkə arasında diplomatik münasibətlər 14 yanvar 1992-ci il tarixində qurulmuşdur.
Türkiyənin Azərbaycandakı səfirliyi 1992-ci ilin yanvar ayında, Azərbaycanın Türkiyədə səfirliyi 1992-ci ilin avqustunda açılmışdır.
2007-ci il martın 9-da Bakıda Türkiyə Respublikasının ölkəmizdəki səfirliyinin yeni binasının açılışı olmuşdur. Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan, Şimali Kiprin lideri Mehmet Əli Tələt, onların xanımları və digər rəsmi şəxslər mərasimdə iştirak etmişdilər.BAKIDA TÜRKİYƏ SƏFİRLİYİNİN YENİ BİNASININ AÇILIŞI OLMUŞDUR
Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir", Ümümmilli Lider Heydər Əliyevin "Bir millət, iki dövlət" fəlsəfəsi ilə əsaslı təmələ sahib olan ölkələrimizin əlaqələri ilbəil daha da inkişaf etməkdədir. Müasir dövrdə Azərbaycanın etibarlı strateji tərəfdaşı olan Türkiyə ilə münasibətlərin möhkəmləndirilib daha da genişləndirilməsi Azərbaycan dövlətinin xarici siyasətinin çox mühüm tərkib hissəsidir. Tarixi köklərə və qardaşlığa söykənən, hər zaman həmrəylik nümayiş etdirən Azərbaycan və Türkiyə arasında əlaqələr siyasi, iqtisadi-ticarət, humanitar, hərbi və s. sahələrdə çox uğurla inkişaf edir.
Türkiyənin Azərbaycanda səfirləri
Türkiyənin Azərbaycanda səfiri — Türkiyəni Azərbaycanda təmsil edən ən yüksək diplomatik vəzifəli şəxsdir. Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlət Türkiyənin Azərbaycandakı ilk səfiri Altan Karamanoğludur.
Türkiyənin Azərbaycandakı konsulluqları Naxçıvan Muxtar Respublikasında Baş konsulluq. Konsulluq 1992-ci ildə açılmışdır. 15 dekabr 2022-ci il tarixində Asip Kaya Naxçıvana baş konsul təyin edilib.TÜRKİYE CUMHURİYETİ NAHÇIVAN BAŞKONSOLOSLUĞU Gəncədə Baş konsulluq. 2010-cu ildə Türkiyənin Gəncədə Baş konsulluğu açılıb. Rəcəb Öztop Türkiyənin Gəncədə Baş konsulu kimi fəaliyyət göstərir. Lənkəranda fəxri konsulluq. 2012-ci il tarixində Türkiyə Lənkəranda konsulluq təsis etmiş və Mayıs Mənsimov konsul təyin edilmişdir.Lənkəranda Türkiyə Respublikasının fəxri konsulluğu fəaliyyətə başlamışdır
Şuşada Türkiyə konsulluğunun açılması ilə bağlı Azərbaycan və Türkiyə Xarici İşlər Nazirlikləri arasında danışıqlar aparılır.
Həmçinin bax Azərbaycan Respublikasının Türkiyədəki səfirliyi
İstinadlar
Xarici keçidlər TÜRKİYE CUMHURİYETİ BAKÜ BÜYÜKELÇİLİĞİ Facebook Twitter. AzEmbassyTurkey
Kateqoriya:Azərbaycanın xarici siyasəti Kateqoriya:Türkiyənin xarici siyasəti Kateqoriya:Azərbaycan–Türkiyə münasibətləri