Maha Vişnu Maheş Yoqi - (12 yanvar 191? - 5 fevral 2008) Transsendental meditasiya təliminin banisi və bu istiqamətdə fəaliyyət göstərən,müxtəlif mənbələrdə həm yeni dini hərəkat,həm də qeyri-dini təşkilat kimi xarakterizə edilən qlobal təşkilatın rəhbəri olmuşdur.O,yetkinlik dövründə "Maharishi" ("böyük müdrik") və "Yoqi" adları ilə tanınmışdır.
1942-ci ildə Allahabad Universitetində fizika ixtisası üzrə təhsilini başa vurduqdan sonra Maha Vişnu Maheş Yoqi Hindistan Himalaylarında yerləşən Jyotir Mathın Şankaraçaryası (ruhani lideri) Svami Brahmananda Sarasvatinin köməkçisi və şagirdi olmuşdur.O,öz təlimlərinə ilham mənbəyi kimi Brahmananda Sarasvatini göstərmişdir.1955-ci ildə Maha Vişnu Maheş əvvəlcə "Transsendental Dərin Meditasiya" (sonradan "Transsendental meditasiya" adlandırılmış) təlimini Hindistanda və daha sonra dünyada yaymağa başlamışdır.Onun ilk qlobal səfəri 1958-ci ildə gerçəkləşmişdir.Tərəfdarları ona "Zatialiləri" deyə müraciət edir,həmçinin erkən televiziya müsahibələrində tez-tez gülməsi səbəbindən bəzən "gülən quru (ustad)" kimi tanınırdı.
Maha Vişnu Maheş Yoqi 40 mindən çox Transsendental meditasiya müəllimi yetişdirmiş,"beş milyondan artıq insana" Transsendental Meditasiya texnikasını öyrətmiş,minlərlə tədris mərkəzi,yüzlərlə kollec,universitet və məktəb təsis etmişdir.Transsendental meditasiya ilə bağlı mənbələrə görə,on minlərlə insan TM-Sidhi proqramını da mənimsəmişdir.Onun təşəbbüsləri Hindistan,Kanada,ABŞ,Böyük Britaniya və İsveçrə də daxil olmaqla bir sıra ölkələrdə məktəb və universitet kampuslarını əhatə edir.Ailəsi və yaxın tərəfdarları xeyriyyə təşkilatları ilə yanaşı,səhiyyə klinikaları,sifarişlə işləyən sağlamlıq əlavələri mağazaları və üzvi təsərrüfatlar da daxil olmaqla bir sıra kommersiya müəssisələri yaratmışdır.Mənbələrə görə,Maha Vişnunun təşkilatının dəyəri milyonlarla ABŞ dollarından milyardlara qədər dəyişmişdir.2008-ci ildə təşkilat özünün ABŞ-dakı aktivlərinin dəyərini təxminən 300 milyon dollar olaraq qiymətləndirmişdir.
1960-cı illərin sonu və 1970-ci illərin əvvəllərində Maha Vişnu Maheş "The Beatles","The Beach Boys" və digər məşhurların ustadı kimi şöhrət qazanmışdır.1970-ci illərin sonlarında isə o,tətbiq edənlərin zehin-bədən münasibətlərini yaxşılaşdırmağı hədəfləyən,"Yoqik uçuş" kimi texnikaları əhatə edən Transsendental meditasiya - Sidhi proqramını təqdim etmişdir.
Həyatı
Doğum
Maha Vişnu Maheş Yoqi Hindistanda yazıçı və katib sinfi kimi tanınan Kayastha kastasına mənsub olmuşdur.Onun doğum adı və doğum tarixi tam dəqiqliklə məlum deyil,bu isə qismən də olsa asket və rahiblərin ailə bağlarını kənara qoymaq ənənəsi ilə bağlıdır.Bir çox mənbələrdə onun Britaniya Hindistanının Mərkəzi Vilayətlərində yaşayan Kayastha ailəsində Mahesh Prasad Varma adı ilə doğulduğu göstərilir.Lakin Allahabad Universitetinin görkəmli məzunları siyahısında fərqli ad -M.C.Srivastava qeyd olunmuş,həmçinin bir nekroloqda onun adının "Mahesh Srivastava" olduğu bildirilmişdir.
Müxtəlif mənbələrdə onun doğum ili 1911,1917 və ya 1918 kimi göstərilir.Müəlliflər Paul Mason və William Jefferson onun 12 yanvar 1917-ci ildə Britaniya Hindistanının Mərkəzi Vilayətlərində (indiki Çhattisgarh,Hindistan) yerləşən Rajim şəhərində doğulduğunu qeyd edirlər.Onun pasportunda isə doğum yeri "Pounalulla,Hindistan",doğum tarixi isə 12 yanvar 1918 göstərilmişdir.Maheşinin yüksək statuslu,ənənəvi peşəsi yazıçılıq olan Kayastha kastasının ali təbəqəsindən gəlməsi "çox güman" hesab olunur.
Şəxsi Həyatı
Maheş Allahabad Universitetində fizika üzrə təhsil almış və 1942-ci ildə bu ixtisas üzrə dərəcə əldə etmişdir.Bəzi mənbələrdə onun bir müddət Cəbəulpur şəhərindəki Silah Arabası Zavodunda işlədiyi qeyd olunsa da,əksər məlumatlara görə,o,1941-ci ildə Jyotir Mathın Şankaraçaryası Svami Brahmananda Sarasvatinin (həmçinin "ilahi müəllim" mənasını verən Guru Dev kimi tanınır) inzibati katibi olmuşdur.Bu dövrdə o,yeni bir ad götürmüş - Bal Brahmachari Mahesh kimi tanınmışdır.Coplin "bala brahmachari"nin həm titul,həm də ad olduğunu qeyd edərək,bunun onun "ruhani biliklərin sadiq şagirdi və ömürlük subay asket"olduğunu ifadə etdiyini bildirir.
Brahmananda Sarasvati Maheşi şagird kimi qəbul etməzdən əvvəl onun universitet təhsilini tamamlamasını və valideynlərindən icazə almasını şərt qoymuşdur.Maha Vişnu Maheş sonralar xatırlayırdı ki,Brahmananda Sarasvatinin düşüncə tərzinə uyğunlaşmaq və "tam birliyin həqiqi hissini" qazanmaq ona təxminən iki il yarım vaxt aparmışdır.Coplin "bala brahmachari" ifadəsini həm titul,həm də ad kimi işlətmiş və bu anlayışın onu "mənəvi biliklərə həsr olunmuş tələbə və ömürlük subay asket" kimi xarakterizə etdiyini qeyd etmişdir.Brahmananda Sarasvati Maha Vişnu Maheşi şagirdi olaraq qəbul etməzdən əvvəl onun ali təhsilini başa çatdırmasını və valideynlərinin razılığını almasını şərt qoymuşdur.Maheşinin öz xatirələrinə görə,Brahmananda Sarasvatinin düşüncə tərzinə uyğunlaşması və "tam bir vəhdət hissi" əldə etməsi təxminən iki il yarım davam etmişdir.Başlanğıcda Brahmaçari Maheş adi təsərrüfat işlərinə yerinə yetirirdi,lakin sonradan etimad qazanaraq Guru Devin "şəxsi katibi" və "seçilmi şagirdi" olmuşdur.Ona Svami Brahmananda Sarasvatinin məktublaşmalarının böyü hissəsini müstəqil şəkildə idarə etmək etibar edilmiş,həmçinin Vedik (müqəddəs mətnlərlə bağlı) mövzularda ictimai çıxışlar etmək üçün göndərilmişdir.Maha Vişnu Maheşinin öz ifadəsinə görə,onun həyatı həqiqi mənada 1940-cı ildə,ustadının yanında ikən,sürətli və dərin meditasiya sirrini öyrəndiyi andan başlamışdır.
Brahmaçari Maheş 1953-cü ildə Svami Brahmananda Sarasvatinin vəfatına qədər onun yanında qalmış,daha sonra Himalaylarda,Uttarakhand ştatının Uttarkaşi bölgəsinə çəkilərək iki il müddətinə təcrid olunmuş həyat sürmüşdür.Onun yaxın şagirdi olmasına baxmayaraq,Brahmin kastasına mənsub olmadığı üçün Şankaraxaryanın mənəvi varisi ola bilməmişdir.Həyatının sonuna yaxın Şankaraxarya ona xalq arasında səyahət edib meditasiya təlimini yaymaq məsuliyyətini tapşırmış,varis kimi isə Svami Şantananda Sarasvatini təyin etmişdir.
Hindistanda Səfərlər (1955-1957)
1955-ci ildə Brahmaçari Maheş Uttarkaşidən ayrılaraq ustadı Brahmananda Sarasvatidən öyrəndiyini bildirdiyi ənənəvi meditasiya texnikasını ictimaiyyətə öyrətməyə başlamışdır.O,bu üsulu əvvəlcə Transsendental Dərin Meditasiya adlandırmış,sonralar isə texnikanın adı Transsendental Meditasiya kimi təqdim edilmişdir.Məhz bu dövrdən etibarən o,ilk dəfə ictimaiyyət arasında "Maharişi" adı ilə tanınmağa başlamışdır."Maharişi" sanskrit dilində "böyük müdrik" mənasını verən fəxri titul olub,bəzi mənbələrə görə ona hind panditləri,digər mənbələrə görə isə Hindistandakı ardıcılları tərəfindən "Yoqi" titulu ilə birlikdə verilmişdir.Daha sonra Qərbdə bu titul şəxsi ad kimi qəbul edilmiş və onunla bağlı qalıcı şəkildə işlədilmişdir.
Maharişi iki il ərzində Hindistanı səyahət etmiş,"hind dinləyiciləri" ilə "Hindistan kontekstində" ünsiyyət qurmuşdur.Bu dövrdə o,fəaliyyətini əvvəlcə Mənəvi İnkişaf Hərəkatı (Spiritual Development Movement) adlandırmışdır,lakin 1957-ci ildə Madrasda keçirilən Spiritual Luminaries Seminarın yekun günündə hərəkatın adını Mənəvi Dirçəliş Hərəkatı (Spiritual Regeneration Movement) olaraq dəyişmişdir.Coplinin qeyd etdiyinə görə,Maharişi Cənubi Hindistana səfərləri zamanı öz doğma bölgəsində geniş yayılmış hindi dilində deyil,ingilis dilində çıxış edirdi.Bu seçim bir tərəfdən dilçi muxtariyyət uğrunda mübarizə aparanların müqavimətini qızışdırmamaq,digər tərəfdən isə "ziyalı təbəqələrə" müraciət etmək məqsədi daşıyırdı.
Dünya Turları (1958-1968) William Jeffersonun məlumatına görə, 1958-ci ildə Maheş Madras şəhərinə gedərək Guru Devin xatirəsinə toplaşmış böyük bir kütləyə müraciət etmişdir. Bu tədbirdə o, spontan şəkildə Transendental Meditasiya (TM) təlimini bütün dünyaya yaymaq niyyətində olduğunu elan etmişdir. Elanından dərhal sonra yüzlərlə insan TM öyrənmək istəyi ilə müraciət etmişdir. 1959-cu ildə Maha Vişnu Maheş Yoqi ilk dünya turuna başlamış və belə yazmışdır: "Ağlımda bircə fikir vardı - mən hər bir insan üçün faydalı olan bir şeyi bilirəm".
Maha Vişnu Maheşin dünya turları barədə geniş məlumat onun 1986-cı ildə nəşr olunan "Thirty Years Around the World" adlı kitabında, həmçinin William Jeffersonun "The Story of the Maharishi" və Paul Masonun "The Maharishi" adlı bioqrafiyalarında verilir. İlk dünya turu Burmanın (indiki Myanma) paytaxtı Ranqoon şəhərində başlamış Tailand, Malay yarımadası, Sinqapur, Honq-Konq və Havay adalarını əhatə etmişdir. 1959-cu ilin yazında Havay adalarına çatmışdır.Honolulu Star Bulletin qəzetində bu barədə belə yazılmışdır:"Onun pulu yoxdur,heç nə istəmir.Dünyəvi əmlakı bir əlinə sığır.Maha Vişnu Maheş Yoqi dünya səyahətindədir.O,dünyanın bütün bədbəxtlik və narazılıqlarını aradan qaldıracaq bir mesaj gətirir."1959-cu ildə Maheşi Honolulu,San-Fransisko,Los-Anceles,Boston,Nyu-York və Londonda mühazirələr oxumuş və Transendental Meditasiya texnikasını öyrətmişdir.Los-Ancelesdə olduğu müddətdə o,yazıçı Helena Olsonun evində qalmış və bu dövrdə Transendental meditasiyanı bütün dünyaya yaymaq üçün üçillik plan hazırlamışdır.Onun auditoriyasının əsas hissəsini orta təbəqədən olan insanlar təşkil etsə də,Maheşi bəzi tanınmış şəxslərin də marağını cəlb etmişdir.Onların arasında aktyor Efrem Zimbalist Jr,sosialit Nancy Cooke de Herrera və milyarder Doris Duke qeyd olunur.
1959-cu ildə Maheşin ABŞ-a gəldikdə onun Ruhani Yenilənmə Hərəkatı (Spiritual Regeneration Movement) artıq Transsendental meditasiya adı ilə tanınırdı.Həmin il o,təlimlərini yaymaq məqsədilə Beynəlxalq Meditasiya Cəmiyyətini və digər təşkilatları təsis etmiş,San-Fransisko və Londonda mərkəzlər yaratmışdır.Bir neçə il ərzində Amerikada Transsendental meditasiyanın yeganə müəllimi San Dieqodan olan Beulah Smith olmuşdur.
1960-cı ildə Maheş Hindistan,Fransa,İsveçrə,İngiltərə,Şotlandiya,Norveç,İsveç,Almaniya,Niderland,İtaliya,Sinqapur,Avstraliya,Yeni Zellandiya və Afrika ölkələrinin bir çox şəhərlərinə səyahət etmişdir.
Maheşi İngiltərənin Mançester şəhərində olarkən televiziya müsahibəsi vermiş və "Birmingham Post","Oxford Mail" və "Cambridge Daily News" kimi qəzetlərdə haqqında yazılar dərc edilmişdir.Elə həmin il o,Henri Nyburqu Avropada ilk Transendental Meditasiya (TM) müəllimi kimi yetişdirmişdir.
1961-ci ildə Maheşi ABŞ,Avstriya,İsveç,Fransa,İtaliya,Yunanıstan,Hindistan,Keniya,İngiltərə və Kanadaya səfər etmişdir.İngiltərədə o,BBC televiziyasında çıxış etmiş və Londonun Royal Albert Hall salonunda 5 min nəfərlik auditoriyaya mühazirə oxumuşdur.Tədbir İqtisadi Elmlər Məktəbinin rəhbəri Leon MacLaren tərəfindən təşkil olunmuşdur.
1961-ci ilin aprel ayında Maheşi Hindistanın Rişikeş şəhərində müxtəlif ölkələrdən altmış iştirakçının qatıldığı ilk Transendental meditasiya Müəllimlyi Təlim Kursunu keçirmişdir.Sonrakı illərdə müəllimlərin hazırlanması davam etdirilmişdir.Bu kurs zamanı Maheşin insan potensialının inkişafına dair əlavə biliklər təqdim etmiş və qədim vedik mətn olan Bhagavad Gita əsərinin ilk altı fəslinə dair tərcümə və şərhlər üzərində işləməyə başlamışdır.
1962-ci ildə Maheşinin dünya turu Avropa,Hindistan,Avstraliya və Yeni Zellandiyanı əhatə etmişdir.Böyük Britaniyada o,Ruhani Yenilənmə Hərəkatının (Spiritual Regeneration Movement) bir filialını yaratmışdır.Həmin ilin sonunda Kaliforniyada Maheşin "Varlıq Elmi və Yaşama Sənəti"(The Science of Being and Art of Living) adlı kitabını diktə etməyə başlamışdır.1962-ci il 20 aprel tarixindən etibarən Hindistanın Rişikeş şəhərində "sadhu,sanyasi və brahmaçaryalar" üçün ustadlara təqdim olunması məqsəd qoyulmuşdur.
1963-cü ildə Maheşi Avropa,Asiya,Şimali Amerika və Hindistanın bir sıra şəhərlərində səfərlərdə olmuşdur.O,həmçinin Hindistan Parlamentinin nazirlərinə müraciət etmişdir.Xatirələrinə görə,iyirmi bir parlament üzvü Maheşinin məqsədlərini və meditasiyaya dair təlimini dəstəklədiklərini bildirən açıq bəyanat imzalamışdır.Onun Kanadadakı səfəri də mətbuatda geniş işıqlandırılmışdır.