thumb|Vaterlo döyüşü zamanı hücumları və digər mühüm əməliyyatları özündə əks etdirən xəritə

Hərbi taktika — silah və hərbi hissələrdən istifadə edərək və onları birləşdirərək müharibə zamanı düşməni məşğul və məğlub etmək üçün hərbi qüvvə və texnikanın təşkil edilməsi sənəti. Hərbi taktika kiçik miqyaslı qüvvələrin necə yerləşdirilməsi və onlardan istifadə edilməsi haqqında suallara cavabdır.

Müasir taktika

thumb|236x236px|Tomahawk raketinin hədəfi vurmasının nəticəsi

Hətta qeyri-nizami qoşunların belə müasir atəş gücü atəş zonasındakı hər şeyi məhv etmək qabiliyyətinə malikdir. Buna görə də, öz bölmələrini düşmənin effektiv atəşindən mühafizə etmək döyüş meydanında əsas fəaliyyət hesab olunur. Bu fəaliyyətə aşağıdakılar daxildir: düşmənin öz bölmələrini və ya onların kommunikasiyalarını kəşfiyyat və müşahidə etməsinə mane olmaq, öz bölmələrini səngər qazmaqla və ya keçilməz, yaxud ən azından görünməyən maneələr yaratmaqla müdafiə etmək, düşmənin effektiv atəşini öz atəş vasitələri ilə susdurmaq.

Müasir silahlı qüvvələr hər birinin öz çatışmazlıqları və üstünlükləri olan müxtəlif qoşun növlərini əhatə edir. Onların birgə istifadəsi hər birinin çatışmazlıqlarını kompensasiya edir.

Hal-hazırda qoşunlar müntəzəm olaraq "təmassız döyüşə" əl atırlar, uzaqdan atəşlə zərərsizləşdirmə vasitələri (aviasiya, raket silahları) düşmənin arxa cəbhəsində yerləşən hədəflərini vurmağa imkan verir. Beləliklə də, ön cəbhə ilə arxa cəbhə arasındakı sərhəd silinir. Bu zaman düşmən qruplarının tamamilə fiziki cəhətdən məhv edilməsi əvəzinə, çox vaxt onun əsas obyektlərini məhv etməyə, həyat təminatı sistemlərini pozmağa çalışırlar.

Lakin qanadlı raketlərin, "hava-yer" raketlərinin və digər yüksək dəqiqlikli silahların imkanlarını şişirtmək lazım deyil. Birincisi, bu cür silahların yaşayış məntəqələrindəki hədəflərə qarşı istifadəsi dinc sakinlər arasında itkilərə səbəb olur. İkincisi, bu cür silahların hər bir vahidi çox bahadır. Üçüncüsü, düşmən belə silahlardan qorunmaq üçün müxtəlif radioelektron maneə vasitələri, saxta hədəflər və tələlər tətbiq edə bilər. Dördüncüsü, bu cür silahlar kiçik, yüksək hərəkətli qruplarla hərəkət edən düşmənə qarşı az səmərəlidir. Hazırda silahlı münaqişənin əsas növü isə əks-partizan müharibəsidir, burada düşmən (partizanlar) məhz bu şəkildə hərəkət edir.Кревельд Мартин ван. Трансформация войны. М.: ИРИСЭН, 2005. — 344 с. — ISBN 5-9614-0280-0, стр. 58-60, 288-289 Buna görə də, yalnız kiçik çaplı silah istifadə edən piyada bölmələrinin taktikası bu gün də aktuallığını qoruyur.

Ərazinin taktiki xüsusiyyətləri

300px|thumb|Taktiki manevrlərin əsas növləri, xarici ölkələrdə (Rusiyada bu sxemdən istifadə edilmir) qəbul olunmuş sxem üzrə.

Ərazinin taktiki xüsusiyyətləri — hərbi əməliyyatlar üçün mühüm əhəmiyyət kəsb edən ərazi xüsusiyyətləridir.

Taktikada ərazinin beş əsas xüsusiyyəti nəzərdən keçirilir: Keçilmə imkanı — ərazinin müəyyən istiqamətdə müxtəlif sinifdən olan texnika ilə keçilmə xüsusiyyəti. Atəş açma imkanı — ərazinin müxtəlif növ silahlardan nə dərəcədə sərbəst atəşə tutula bilinməsi xüsusiyyəti. Maskalanma — ərazidə şəxsi heyət və texnikanın nə dərəcədə gizlədilə bilinməsi xüsusiyyəti. Müdafiə xüsusiyyətləri — ərazinin müdafiə olunan tərəfə nə dərəcədə üstünlük verməsi xüsusiyyəti. Müşahidə imkanı — düşmənin manevrlərinin nə dərəcədə aydın görünməsi xüsusiyyəti.

İstinadlar

Ədəbiyyat siyahısı

Gerhard Muhm : La Tattica nella campagna d’Italia, in Linea Gotica Avamposto Dei Balcani, (Hrsg.) Amedeo Montemaggi – Edizioni Civitas, Roma 1993. Александр Ильич Хатов, полковник, Общий опыт тактики (1807—1810, 2 т.) в двух томах. СПб.: типография Академии наук и типография Шкора. - (Компиляция (литература), заимствованная преимущественно из работ Фридриха II и французского военного писателя И. Гибера, приводившиеся в которых взгляды на ведение войны к тому моменту уже были устаревшими.) Общий опыт тактики, Первая часть: Опыт начальной тактики, , 1807 год. Общий опыт тактики, Вторая часть: Опыт высшей тактики, СПб, 1810 год. А. К. Байов Курс истории русского военного искусства.

Н. Морозов, Общая тактика (с 33 чертежами в тексте), Серия учебники, руководства и пособия для РККА, Государственное издательство Отдел военной литературы, Москва Ленинград, 1928 год; П. Гладков, Тактика Броневые части. Москва (М), Государственное издательство РСФСР, 1930 год; В. Е. Савкин, Основные принципы оперативного искусства и тактики, , 1972 год; Тактика, Под ред. В. Г. Резниченко. Авторы: В. Г. Резниченко, генерал-лейтенант, д-р воен. наук, проф., засл. деят. науки РСФСР (введение, глава первая); И. Н. Воробьев, генерал-майор, д-р воен. наук, проф. (глава четвёртая); Н. Ф. Мирошниченко, полковник, канд. воен. наук, ст. науч. сотр. (главы шестая и восьмая); Ю. С. Надиров, полковник, канд. воен. наук, ст. науч. сотр. (главы вторая, третья, седьмая, заключение); А. А. Сидоренко, генерал-майор, д-р воен. наук, проф., засл. деят. науки РСФСР (глава пятая). Рецензент: М. А. Гареев, генерал-полковник, д-р воен. наук. — 2-е изд., перераб. и доп. . — М.: Воениздат. 1987. — 496 с, 8 л. ил. — (Библиотека офицера). Тираж 100 000 экз. Тактика русской армии эпохи Великой войны. Ч. 1. О стрелках и стрелковом бое / Битва Гвардий - http://btgv.ru/history/warcraft/tactics/the-tactics-of-the-russian-army-during-the-great-war-part-1-about-shooters-and-small-arms-combat/ Тактика русской армии эпохи Великой войны. Ч. 2. Пулемет в бою / Битва Гвардий - http://btgv.ru/history/warcraft/tactics/the-tactics-of-the-russian-army-during-the-great-war-part-2-machine-gun-in-battle/ Тактика русской армии эпохи Великой войны. Ч. 3. Со штыком и гранатой / Битва Гвардий - http://btgv.ru/history/warcraft/tactics/tactics-of-the-russian-army-of-the-great-war-era-part-3-with-a-bayonet-and-a-grenade/ Тактика русской армии эпохи Великой войны. Ч. 4. Тридцать самых эффективных штыковых атак императорской пехоты / Битва Гвардий - http://btgv.ru/history/warcraft/tactics/the-tactics-of-the-russian-army-during-the-great-war-ch-4-the-thirty-most-effective-bayonet-attacks-of-the-imperial-infantry/ Тактика русской армии эпохи Великой войны. Ч. 5. В наступлении / Битва Гвардий - https://btgv.ru/history/warcraft/tactics/the-tactics-of-the-russian-army-during-the-great-war-part-5-on-the-offensive/ Тактика русской армии эпохи Великой войны. Ч. 6. В обороне / Битва Гвардий - https://btgv.ru/history/warcraft/tactics/the-tactics-of-the-russian-army-during-the-great-war-ch-6-on-the-defensive/ О тактике встречного боя / Битва Гвардий - https://btgv.ru/history/warcraft/tactics/about-the-tactics-of-the-counter-fight/ Бои в особых условиях / Битва Гвардий - https://btgv.ru/history/warcraft/tactics/fighting-in-special-conditions/

Xarici keçidlər

Contemporary Marine tactics for war fighting Napoleon's tactics and strategy Small Unit Actions during German Campaign in Russia

Kateqoriya:Hərbi taktikalar