Böyük Britaniyanın Azərbaycandakı səfirliyi — Böyük Britaniyanın Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliyi. Səfirlik Birləşmiş Krallığı Azərbaycanda təmsil edir.
Səfirlik Britaniyanın rəsmi nümayəndəliyi olaraq iki ölkə arasında diplomatik münasibətlərə aid bütün məsələləri əhatə edir. O, Birləşmiş Krallığın siyasi, iqtisadi, maliyyə və hüquqi məsələlər, eləcə də elm, təhsil və mədəniyyət sahələrində maraqlarını təmsil edir.
1997-ci ildən Azərbaycan parlamentində Böyük Britaniya ilə əlaqələr üzrə ikitərəfli işçi qrupu fəaliyyət göstərir.
Ferqus Old — Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycanda fövqəladə və səlahiyyətli səfiridir.
Tarixi Böyük Britaniya 1991-ci ilin dekabrında Azərbaycanın müstəqilliyini tanıdı və Azərbaycanın Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatında iştirakını dəstəklədi.UK-Azerbaijan relations İki ölkə arasında diplomatik əlaqələr 1992-ci il martın 11-də qurulub. Böyük Britaniya səfirliyi Azərbaycanda 1992-ci ilin sentyabrında fəaliyyətə başlayıb. Azərbaycanın Londondakı səfirliyi 1994-cü ildən fəaliyyət göstərir.
Böyük Britaniya və Şimali İrlandiya Krallığının Azərbaycandakı səfirləri
Böyük Britaniyanı Azərbaycanda səfiri Birləşmiş Krallığı Azərbaycanda təmsil edən ən yüksək diplomatik vəzifəli şəxsdir.
Həmçinin bax
Azərbaycan–Böyük Britaniya münasibətləri Azərbaycan Respublikasının Birləşmiş Krallıqdakı səfirliyi
İstinadlar
Xarici keçidlər Böyük Britaniyadakı Azərbaycanın səfirliyi Rəsmi sayti Azərbaycandakı Böyük Britaniyaın səfirliyi Rəsmi sayti
Kateqoriya:Azərbaycan–Birləşmiş Krallıq münasibətləri Kateqoriya:Azərbaycanın ikitərəfli əlaqələri Kateqoriya:Birləşmiş Krallığın ikitərəfli əlaqələri Kateqoriya:Birləşmiş Krallığın xarici siyasəti Kateqoriya:Azərbaycanın xarici siyasəti