Əbu Məhəmməd Süfyan ibn Uyeynə ibn Meymun əl-Hilali (; ) — təbəut-tabiin nəslinə mənsub hədis hafizi. Sünni mənbələrdə onu və Süfyan əs-Səvrini birlikdə "Süfyaneyn" () adlandırırlar.
Bioqrafiyası Hicri 107-ci ildə Kufədə dünyaya gəlib. Nisbəsi "Hilali"dir.
O, kiçik yaşlarında hədis öyrənməyə başlamış, yaşlı mühəddislərdən bəhrələnərək onların rəvayətlərinin unudulmasının qarşısını aldı. O, 80-dən çox tabiinlə görüşmüşdür. Əmr ibn Dinar, Əta ibn Səib, Həmmad ibn Zeyd, Məmər ibn Rəşid, Əbdülkərim ibn Malik əl-Cəzəri, Əbu İshaq əs-Səbii, İbnül-Münkədir, İbnül-Mötəmir, Əyyub əs-Sixtiyani, Hişam ibn Urvə, Humeyd ət-Təvil, İbn Əbu Leyla və İbn Muheysin bunlardan bəziləridir. Müəllimlərin bir çoxundan yalnız o hədis rəvayət etmişdir.
Müəllimlərindən Zöhri, onun zəkasını görmüş və onun təhsili ilə şəxsən özü məşğul olmuşdur. Buna görə də Süfyan, Zöhridən hədis rəvayət edənlərin ən qabaqcıllarından biridir. O, Zöhridən gələn rəvayətlər məsələsində Malik ibn Ənəs ilə birlikdə ən etibarlı şəxs hesab olunurdu. O, Hicaz mühəddisi olaraq şöhrət qazasa da, İraqda rəvayət edilən hədisləri də mükəmməl bilmişdir. Süfyan, hədis elminin hakimi adlandırılmış, 7000-dən çox hədis rəvayət etmişdir.
Ondan hədis rəvayət edənlər arasında müəllimləri — Əməş, Zöhri, Şöbə ibn Həccac, İbn Cüreyc, Misar ibn Qidəm də vardır. Süfyan ibn Uyeynənin ən qabaqcıl tələbələri bunlardır: Abdullah ibn Zübeyr əl-Humeydi (Buxarinin müəllimi), Abdullah ibn Mübarək, Əbdürrəhman ibn Mehdi, İbn Vəhb, əş-Şafii, Əbdürrəzzaq əs-Sənani, İbn Səd, Əli ibn Mədini, Əhməd ibn Hənbəl, İbn Rəhuyə, Səid ibn Mənsur, Yəhya ibn Main, Əbu Bəkr ibn Əbu Şeybə, Xəlifə ibn Xəyyat və İbn Nümeyr.
Süfyan, 1 Rəcəb hicri 198-ci (25 fevral 814) ildə Məkkədə vəfat etmiş və əl-Həcun adlı yerdə dəfn edildiyi nəql edilmişdir.
Mənbələrə görə o, zahid və kasıb bir alim olmuş, heç vaxt ailə qurmamışdır. Süfyan ibn Uyeynənin bir gözünün kor olduğu və yetmiş (və ya səksən) dəfə həccə getdiyi deyilir. O, öyrənmənin dinləmə, susma, əməl etmə və öyrəndiyini yayma mərhələlətindən ibarət olduğunu deyərdi. Yaddaşı olduqca güclü və etibarlı bir ravi olan Süfyanın rəvayətlərinə "Kütübi-sittə"də yer verilmişdir. Onun fəqih və müfəssir olduğu deyilsə də, lakin o, şafii məzhəbinin hədis rəvayəti silsiləsinin ən vacib halqalarından biri (mühəddis) olmuşdur.
Əsərləri Süfyan, "Təfsiru Süfyan ibn Uyeynə" və "Cüzü (fihi hədisi) Süfyan ibn Uyeynə" adlı əsərlərin müəllifidir. Mənbələrdə onun başqa əsərlərin müəllifi olduğu da bildirilir.
İstinadlar
Kateqoriya:Hədis alimləri Kateqoriya:Sünni imamları Kateqoriya:VIII əsr ərəbləri