Tia Korin Tompson Şults () — səhnə adı "TiaCorine" olan, ABŞ-nin Şimali Karolina ştatının Vinston-Seylem şəhərindən çıxmış rep ifaçısı və söz müəllifi. İfaçının yaradıcılığında "Lotto" və "FreakyT" adlı musiqi əsərləri xüsusilə qeyd olunmalıdır.

Erkən illəri Tia Şults Şimali Karolinanın Vinston-Seylem şəhərində doğulmuşdur. Anası şoşon (hindu) tayfasından, atası yapon-afroamerikalı mənşəlidir. Dördüncü sinifdə yerli istedadların çıxışı tədbirlərində iştirak etmiş, fleyta və fortepiano təhsili almışdır. Vinston-Seylem Dövlət Universitetində fizioloji təlim ixtisasına yiyələnmişdir. İlkin peşə seçimi həkim köməkçisi olmuşdur. Təhsil illərində "Bojangles" (restoran) müəssisəsində növbə rəisi vəzifəsində çalışmışdır.

Yaradıcılıq üslubu TiaCorine valideynlərinin uşaqlıq dövründə səsləndirdiyi musiqilərin yaradıcılığına təsir etdiyini qeyd etmişdir. Həmin musiqiçilər: "Queen", Tina Mari, Şade "The Sugarhill Gang", "A Tribe Called Quest", Lüter Vandross, Aliya, Maykl Cekson, The Notorious B.I.G., Ginuwine. Müğənni özünün musiqi üslubunu "anime trep" kimi səciyyələndirmişdir.

Şəxsi həyatı Şultsın 2016-cı ildə dünyaya gəlmiş qızı mövcuddur. Yaponiya animasiyalarından "Hunter x Hunter", "Inuyasha", "Pokemon" və "Sailor Moon" seriallarını izləyir. Gündəlik geyim tərzində küçə dəbinə üstünlük verir. Kirbi personajı təsvirli almaz boyunbağı istifadə edir.

2023-cü ilin sentyabr ayında səs telləri əməliyyatı keçirmiş və bunun nəticəsində iki ay ərzində nitq qabiliyyətindən məhrum olmuşdur.

Diskoqrafiya Studiya albomları AdıDetallarI Can't Wait Yayımlanıb: 9 sentyabr 2022 Leybl: South Coast Music Group Format: musiqi yükləmə, striminq

Minialbomlar AdıDetallar34Corine Yayımlanıb: 4 sentyabr 2020 Leybl: SCMG Format: musiqi yükləmə, striminqThe Saga of 34Corine Yayımlanıb: 14 may 2021 Leybl: SCMG Format: musiqi yükləmə, striminqPussy Yayımlanıb: 27 noyabr 2021 Leybl: - Format: musiqi yükləmə, striminqAlmost There Yayımlanıb: 2 fevral 2024 Leybl: SCMG, Interscope Format: musiqi yükləmə, striminq

İstinadlar

Kateqoriya:ABŞ repçiləri Kateqoriya:Yaponəsilli amerikalılar Kateqoriya:Interscope Records artistləri Kateqoriya:XXI əsr ABŞ repçiləri