() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Azərbaycanın nadir növüdür.
Arealı Asiya, Aralıq dənizi ölkələri, Çinin şimalı, Zaqafqaziyada geniş yayılmışdır. Pakistanın milli çiçəyidir.
Botaniki xarakteristikası Ağ jasminin hündürlüyü təxminən 3 m-ə çatır. Uzun gövdələri 5-9 xırda, mürəkkəb yarpaqlardan ibarətdir. Çiçəkləri zoğların uclarında çiçək qruplarına yığılmışdır. Bu növ martdan maya qədər, diametri 5 sm olan gözəl, ağ və ətirli çiçəklərlə örtülü olur. Onun çiçək qruplarının uzunluğu 5-8 sm-dir. Giləmeyvələri qaradır.
Ekologiyası Parlaq, günəşli yerdə yaxşı bitir. Oduncaqlı gövdələri möhkəmdir, lakin küləkdən qorunan yerə əkmək və soyuqdan qorumaq lazımdır. Yayda bitki 20-240C temperaturda daha yaxşı inkişaf edir. Yazda və yayda bol, qışda isə az suvarılmalıdır. Vegetasiya dövründə bir və ya iki həftədən bir kompleks, universal gübrə verilir. Ağ jasmin qidalı, kompostlu torpağa üstünlük verir. Bitkilər çiçəkləmə qurtardıqdan sonra köçürülür. Xəstəliklərə çox davamlı bitkidir və zərərvericilərlə (mənənə ilə) az yoluxur.
Azərbaycanda yayılması Dendroloji parkda introduksiya edilmişdir, bir çox rayonda mədəni şəraitdə becərilir. Yabani vəziyyətdə isə Lənkəran dağlarında rast gəlinir.
İstifadəsi Tərkibində efir yağı vardır, aromaterapiyada, dermotologiyada, antiseptik xüsusiyyətlərinə görə soyuqdəymədə istifadə olunur.
Sayı və tendensiyası Populyasiyanın ehtiyatı azdır, lakin əhəmiyyətli dərəcədə dəyişilmir.
Məhdudlaşdırıcı amillər Antropogen təsirlərdir (otarılma, tapdalanma).
Mühafizə tədbirləri Qorunma tədbirləri hazırda aparılmır.
Sinonimləri Homotipik sinonimləri
Heterotipik sinonimləri
İstinadlar
Həmçinin bax
Kateqoriya:Qərbi Asiya florası Kateqoriya:Asiyanın dərman bitkiləri Kateqoriya:1753-cü ildə təsvir edilən bitkilər Kateqoriya:Türkiyə florası Kateqoriya:Tacikistan florası Kateqoriya:30–34 ID olan Taksonbar Kateqoriya:Pakistanın milli simvolları Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış botanika taksonları Kateqoriya:Tibet florası