Qran-Paradizo dağı (italyanca tələffüzü: [ˈɡram paraˈdiːzo]) və ya Grand Paradis (fransızca tələffüzü: [ɡʁɑ̃ paʁadi]) — İtaliyanın Qray Alplarında, Aosta Vadisi və Pyemont bölgələri arasında yerləşən bir dağ. "Qran-Paradizo Milli Parkı"nda yerləşir.
Etimologiya
İtalyan toponimi "Gran Paradiso", fransızca "Grand paradis" vasitəsilə Aosta Vadisi patois dilindəki "Granta Parey"dən gəlir ki, bu da "böyük divar" mənasını verir.
Coğrafiya
Zirvə, Qray Alplarının 7-ci ən yüksək dağıdır və 4,061 m yüksəkliyə malikdir. Monblan massivi Fransa və İtaliya arasında sərhəddə yerləşsə də, Qran-Paradizo tamamilə İtaliya ərazisində yerləşən və zirvəsi 4,000 metrdən yüksək olan yeganə dağdır.
İstinadlar
Xarici keçidlər Ebyte.it, Gran Paradiso massif, a panorama with the names of all peaks
Kateqoriya:Əlifba sırasına görə dağlar Kateqoriya:Dağ zirvəsi – dördminliklər Kateqoriya:İtaliya dağları Kateqoriya:Alp dağları Kateqoriya:Turin əyaləti