Frankfurt kafedralı ) — Rəsmi adı ilə Müqəddəs Bartolomey İmperator Kafedralı olan Roma-Katolik kilsəsi Frankfurt-Mayn şəhərinin mərkəzində yerləşir. Kilsə Həvari Bartalmaya həsr edilmişdir.
Tarixi Bu şəhərin ən böyük dini binası və keçmiş kollegial kilsəsidir. Kafedral adlandırılmasına baxmayaraq, heç vaxt əsl kafedral (yepiskopluq mərkəzi) olmayıb. Bununla belə, Müqəddəs Roma imperiyasının keçmiş seçki və tacqoyma kilsəsi kimi əhəmiyyəti səbəbilə "Kaiserdom" ("imperial böyük kilsə" və ya imperator kafedralı) və ya sadəcə "Dom" adlanır. İmperiyanın tarixinin əhəmiyyətli binalarından biri kimi, xüsusilə XIX əsrdə milli birlik simvolu idi. Hazırkı kilsə eyni yerdəki üçüncü kilsədir. XIX əsrin sonlarından etibarən aparılan qazıntılar nəticəsində VII əsrə aid binalar aşkar edilmişdir. Kafedralın tarixi Frankfurtun və Frankfurtun köhnə şəhərinin ümumi tarixi ilə sıx bağlıdır, çünki Frankfurt Kral Sarayının dini tərəfdaşı ilə əlaqəli idi.
Frankfurt kafedralı imperator kollegial kilsəsi idi və almanca "Dom" adlanırdı – bu, bütün kollegial kilsələr üçün istifadə edilən eynu ad idi. O, ingiliscə kafedral kimi tərcümə edilirdi, baxmayaraq ki, Frankfurt heç vaxt yepiskopluq mərkəzi olmayıb. Həvari Bartalmay kilsəsi Frankfurtun əsas kilsəsidir və XIV–XV əsrlərdə Merovinq dövrünə aid əvvəlki bir kilsənin təməli üzərində inşa edilmişdir. Bu əvvəlki kilsə, bugünkü kafedralın yerləşdiyi yerdə, Frankfurt Königspfalz (Kral Sarayı) Salvator Bazilikası idi və əslində 1 sentyabr 852-ci ildə Şərqi Frank kralı Alman Lui tərəfindən təsis edilmiş və Mayns Arxiyepiskopu Rabanus Maurus tərəfindən təqdis edilmişdir. Sarayın özü (təməlləri kafedralın yanında qazıntı sahəsi kimi görünə bilər) IX əsrin əvvəllərində Şarlmanın oğlu Dindar Lui tərəfindən yaradılmış və VII əsrdə Merovinq kral sarayının yerini tutmuşdur. Merovinqlər öz növbəsində Frankfurt-Mayn ətrafındakı ərazini Alemanlardan ələ keçirmişdilər.
Qalereya
İstinadlar
Ədəbiyyat
Xarici keçidlər
Dompfarrei St. Bartholomäus Domturm Frankfurter Domsingschule
Kateqoriya:Xristianlıq