– Yaponiya səs aktrisası və müğənnisi. "Land of the Lustrous" animesində Fosfofilliti və "Sound! Euphonium" animesində Kumiko Omaeni səsləndirməsinə görə tanınır. Ləqəbi Moyoçidir.

İlk illəri və karyerası Tomoyo Kurosava 10 aprel 1996-cı ildə Yaponiyanın Saytama prefekturasında doğulmuşdur. Karyerasına Tokio Uşaq Teatr Ansamblının uşaq aktrisası kimi başlamış, 5 yaşında səhnədə debüt etmişdir. 2003-cü ildə "Hibari Misoranın yeni hekayəsi" tamaşasında rol almışdır. 2010-cu ildə "Welcome to the Space Show" animesində Natsuki Koyama personajını səsləndirərək seyyu kimi debüt etmişdir. 2012-ci ildə "Mausu Promotion" agentliyinə keçmişdir. 2014-cü ildə "BRILLIANT4" qrupunun tərkibində "Amagi Brilliant Park" animesinin "Elementalio de Aimashō" adlı bağlanış mahnısını ifa etmişdir. İlk əsas rolu 2015-ci ildə "Sound! Euphonium" animesində Kimiko Omae personajı olmuşdur.

2018-ci ildə "Ən yaxşı aktrisa" kateqoriyası üzrə Seyyu Mükafatının qalibi olmuşdur. 2019-cu ildə Hosey Universitetindən məzun olmuşdur. 2021-ci ildə "Toho Entertainment" agentliyinə keçmişdir.

Animeoqrafiya Tomoya Kurosava "Amagi Brilliant Park" animesində Silfi, "Sound! Euphonium" animesində Kumiko Omae, "Black Bullet" animesində Tina Sprout, "Land of the Lustrous" animesində Fosfofillit, "Astra Lost in Space" animesində Kvitteriye Raffaalli, "Cyberpunk: Edgerunners" animesində Rebekka, "Frieren: Beyond Journey's End" animesində Edeli səsləndirmişdir.

Şəxsi həyatı 2023-cü ilin iyununda evləndiyini açıqlamışdır. 2026-cı ildə ilk uşağı doğulmuşdur.

İstinadlar

Xarici keçidlər Rəsmi bloqu Rəsmi agentlik profili

Kateqoriya:Yaponiya səs aktrisaları Kateqoriya:Yaponiyanın qadın pop müğənniləri