Maysen kafedralı və ya Müqəddəs İohan və Müqəddəs Donatus Kilsəsi (almanca: Meißner Dom) — Saksoniyadakı Maysen şəhərində yerləşən qotik kilsə. Albrextsburq qəsrinin təpəsində yerləşir və aşağıdakı vadidə Elba çayına baxan ikonik Maysen siluetinin mərkəzi hissəsini təşkil edir.

Tarix

968-ci ildə İmperator I Otto tərəfindən qurulan Maysen Yepiskopluğunun yepiskop mərkəzi idi. Daha köhnə bir Romanesk kilsəsini əvəz etdi. İndiki zal kilsəsi 1260-1410-cu illər arasında inşa edilmişdir, interyerdə qurucu İmperator Otto və həyat yoldaşı İtalyalı Adelaide'nin Qotik heykəlləri, eləcə də Böyük Lukas Kranaxın studiyasından rəsmlər var. Vettin Evindən olan ilk Sakson kürfürstü, Markqraf I Fridrix, 1425-ci ildə sülaləsinin dəfn yeri olaraq Şahzadə Kapellasını tikdirdi. Əkiz minarələr yalnız 1909-cu ildə birləşdirildi. 1581-ci ildə Maysen yeparxiyası Protestant Reformasiyası gedişində ləğv edildi və kilsə o vaxtdan bəri Protestant Kilsəsi tərəfindən istifadə olunur. Saksoniyanın Evangelist-Lüteran Kilsəsinin kafedral kilsəsidir.

İstinadlar

Xarici keçidlər Cathedral homepage (almanca)

Kateqoriya:1410-cu ildə yarananlar Kateqoriya:Saksoniya kilsələri Kateqoriya:Qotik kilsələr Kateqoriya:Avropa kilsələri