Ole Toft (28 dekabr 1964) — danimarkalı diplomat, Danimarka Krallığının Türkiyədə, Azərbaycanda və Polşada fövqaladə və səlahiyyətli səfiri. Danimarkanın Azərbaycan Respublikasında səfirliyi mövcud deyil. Bakıda Danimarka Krallığının konsulluğu fəaliyyər göstərir. Danimarkanın Türkiyə Respublikasındakı səfiri eyni zamanda Azərbaycanda səfirdir.

Bioqrafiyası

Ole Toft 28 dekabr 1964-cü il tarixində Danimarkanın Korsor şəhərində anadan olub. 1994-cü ildə Kopenhagen Universitetini bitirərək hüquq üzrə magistr dərəcəsi almışdır.Ole Toft Ambassador of the Kingdom of Denmark to Poland.

İngilis, fransız və alman dillərini təmiz bilir.

2008-ci ildən Danimarka Krallığının 1-ci dərəcəli Dannebroq ordeninə (dan. Dannebrogordenen) layiq görülüb.

Karyerası 1994-cü ildən Xarici İşlər Nazirliyi ilə əlaqəli olaraq Yaxın Şərq və Şimali Afrika Departamentində, Avropa Siyasəti Departamentində və İcraçı Katibliyin rəhbəri vəzifələrində çalışmışdır.Ole Toft

2001-ci ildə Baş Nazirin Aparatında Avropa siyasəti üzrə müşaviri olub. Üç dəfə Danimarkanın Avropa İttifaqı yanında Brüsseldəki Daimi Nümayəndəliyində vəzifəyə təyin edilib 1998-ci ildə səfirliyin katibi 2004-cü ildə müşaviri 2013-cü ildə isə daimi nümayəndənin müavini 2015-ci ildə Xarici İşlər Nazirliyində Resurslar və Əməliyyatlar üzrə katib müavini vəzifəsinə təyin edilib.

2017-ci ildə Xarici İşlər Nazirliyində Balıqçılıq Təsərrüfatı departamentinin direktoru, daha sonra Ekologiya və Qida Nazirliyi departamentində çalışıb.

2020-ci ildə Danimarkanın Polşadakı səfiri vəzifəsinə təyin olundu və 2024-cü ilə qədər bu vəzifədə çalışdı.

2024-cü ildən Danimarkanın Türkiyədə və Azərbaycanda fövqaladə və səlahiyyətli səfiridir.

Həmçinin bax Danimarkanın Azərbaycanda səfirliyi

İstinadlar

Xarici keçidlər Ole Toft Honorary Consulate of Denmark in Azerbaijan

Kateqoriya:Azərbaycan–Danimarka münasibətləri Kateqoriya:Danimarkanın xarici siyasəti Kateqoriya:Azərbaycanın xarici siyasəti