Əbül-Əsved (Əbu Əbbad) Əmr ibn Külsüm ibn Malik (; ) — müəlləqa şairi.
Bioqrafiyası İraqın Təğlib qəbiləsinin Cüşəm qoluna mənsubdur. Atası tanınmış cəngavərlərdən Külsüm ibn Malik, anası isə şair Mühəlhilin qızı Leyladır.
Mənbələr onun on beş yaşında qəbilə başçısı olduğunu qeyd ediblər. Əmr Ərəb yarımadasına, Şama, İraqa və Nəcdə səfərlər etmişdir. Getdiyi yerlərdə qəhrəmanlıqlar nümayiş etdirmiş və igidliyi ilə zərbi-məsəl olmuşdur.
Hirə hökmdarı Əmr ibn Hindi öldürməsi bunlardan sadəcə biridir. Onun 150 il ömür sürdüyü söylənmişdir.
Əsərləri O öz şeirlərində İslamdan əvvəlki ərəblərin dini, adətləri, sənətkarlıqları, rəqsləri kimi mövzulardan bəhs etmişdir. Bu da onun şeirlərini folklor nöqtəyi-nəzərindən əhəmiyyətli edir. Onun şeirlərində həmçinin İslamdan əvvəlki dövr şairlərinin şeirlərində olduqca nadir rast gəlinən dəniz və gəmi təsvirləri də vardır. Onun müəlləqasının dövrümüzə ancaq 104–116 arası beyti gəlib çatmışdır. Onun əsərləri alman və başqa qərb dillərinə tərcümə edilmişdir.
İstinadlar
Kateqoriya:Ərəb şairlər Kateqoriya:VI əsr ərəbdilli şairlər Kateqoriya:VI əsr ərəbləri