Narrasiya ( — ) — geniş mənada "hekayəçilik prosesi" mənasını verən və narratologiyada işlədilən anlayış. Bu baxımdan narrativ anlayışından fərqli olaraq "hekayə kimi əsəri" yox, "hekayə etmə aktını" bildirir.

Ən sistemli şəkildə bu anlayışları işləyib hazırlayan Fransa alim Jerrar Jenettə görə, narrasiya "hekayəçilik aktı", yəni hekayə edən instansiya və ya danışan mövqedir. Bu, narrativ diskursu — "hekayənin təqdim olunma prosesi"ni yaradan situasiya kimi başa düşülür.Жерар Женетт. Фигуры. В 2-х томах. Том 2. — М.: Изд.-во им. Сабашниковых, 1998

Almaniya tədqiqatçısı Volf Şmidin müəyyənləşdirdiyi kimi, narrasiya "hadisə elementlərini süni ardıcıllıqda () təşkil edən kompozisiya nəticəsində formalaşan prosesdir". Məhz bu kompozisiya vasitəsilə "hekayədə mövcud olan mənəvi və semantik potensial aktivləşir və mənanın yaranmasına xidmət edir".Шмид В. Нарратология. — М.: Языки славянской культуры, 2003. — с.159

İstinadlar

Xarici keçidlər Словарь литературоведческих терминов Андрей Олейников. Теория наррации О. М. Фрейденберг и современная нарратология: попытка сравнительного анализа

Kateqoriya:Ədəbiyyatşünaslıq Kateqoriya:Ədəbiyyat nəzəriyyəsi Kateqoriya:Uydurma Kateqoriya:Film və video terminləri Kateqoriya:Üslub (uydurma)