thumb|İspaniyanın Baylen qəsəbəsində yerləşən, Madridə 53, Qranadaya 24 və Malaqaya 48 liqa məsafə olduğunu göstərən tarixi yol nişanı Liqa (, , ) — bir sıra tarixi məsafə ölçüsü vahidlərinin ümumi adıdır. Avropa, Latın Amerikası və ABŞ-də liqanın müxtəlif versiyalarından istifadə olunmuşdur.
Bu ölçü vahidi romalılar tərəfindən qallardan götürülmüş və 1500 ikiqat addım kimi müəyyən edilmişdi. Bu, təxminən 2,3 km-ə bərabərdir.
Orta əsrlərdə və sonrakı dövrlərdə müxtəlif ölkələr daha uzun liqa variantlarını qəbul etmişdilər və bəzən eyni ölkə daxilində bir neçə fərqli variant eyni vaxtda istifadə olunurdu. Məsələn, müstəmləkə dövründəki Şimali Amerikada təkcə quru məsafələri ölçmək üçün iki ispan liqası və üç fransız "lyö"sü (lieue) işlədilirdi ki, bunların uzunluğu 3,9 km-dən 5,6 km-ə qədər dəyişirdi. Dəniz liqaları 16-cı əsrdən başlayaraq, əsasən Yerin meridianının bir dərəcəsinin hissələri (məsələn, 1/17,5 və ya 1/20) kimi müəyyən edilirdi, lakin meridianın ölçülməsindəki xətalar da əlavə ölçü fərqi yaradırdı. Anqlo-Amerikan quru liqasının ölçüsü 16-cı əsrin sonlarında təyin edilmişdi və üç mil və ya 24 furlonq və ya 15840 fut və ya 4827 m-ə bərabərdir. Dəniz liqası isə üç dəniz milinə və ya 5556 m-ə bərabərdir.
İstinadlar
Həmçinin bax Mil Verst
Kateqoriya:Məsafənin ölçü vahidi Kateqoriya:Qədim Roma