Klayv Erik Kassler (; ) — Amerikan macəra romanları yazıçısı və sualtı araşdırmalar edən alim. "Dirk Pitt" personajını əks etdirən triller romanları "The New York Times" qəzetinin ən çox satılan bədii əsərlər siyahısına, 20 dəfədən çox düşmüşdür. Kassler 60-dan çox gəmi qəzası yeri və çoxsaylı digər məşhur sualtı qalıqlarını kəşf etmiş, "Milli Sualtı və Dəniz Agentliyi"nin (NUMA) təsisçisi və sədri idi. O, 80-dan çox kitabın yeganə və ya əsas müəllifi olmuşdur. O, özünü, tez-tez kitablarında özü kimi təsvir edirdi. Onun romanları,müxtəlif başqa bədii əsərlərə ilham vermişdir.
Erkən həyatı
Klayv Kassler İllinoys ştatının Aurora şəhərində Erik Edvard Kassler və Emi Adelin (qızlıq soyadı Hunnewell) ailəsində anadan olmuş və Kaliforniyanın Alhambra şəhərində böyümüşdür. Atası Almaniyadan, anasının əcdadları isə İngiltərədən idi. "Dəniz ovçuları: Məşhur gəmi qəzaları ilə əsl macəralar" adlı xatirə kitabında Kassler atasının Birinci Dünya müharibəsi zamanı Qərb cəbhəsində Almaniya imperiyası ordusunda xidmət etdiyini açıqlamışdır. Bundan əlavə, Kasslerin əmilərindən biri "İmperator Alman Hərbi Hava Qüvvələri"ndə xidmət etmiş və 14 müttəfiq təyyarəsini vuraraq, as pilot olmuşdur.Clive Cussler (1996),The Sea Hunters: True Adventures with Famous Shipwrecks, pages 274-275. O, 14 yaşında "Qartal Skaut" rütbəsinə layiq görülmüşdür. O, iki il "Pasadena City College"-də oxumuş, sonra Koreya müharibəsi zamanı ABŞ Hərbi Hava Qüvvələrinə qoşulmuşdur. "Hərbi Hava Qüvvələri"ndə xidmət edərkən çavuş rütbəsinə yüksəlmiş və "Hərbi Hava Nəqliyyat Xidməti" (MATS) üçün təyyarə mexaniki və uçuş mühəndisi kimi çalışmışdır.
Karyera
Ordudan tərxis olduqdan sonra Kassler reklam sənayesində işləməyə başlamışdır, əvvəlcə mətn yazıçısı, sonra isə ölkənin ən uğurlu iki reklam agentliyinin yaradıcı direktoru kimi çalışmışdır. Öz vəzifələrinin bir hissəsi olaraq, Kassler radio və televiziya reklamları istehsal etmişdir, onların bir çoxu "Kann Şirləri Beynəlxalq Reklam Festivalı"nda mükafat da daxil olmaqla, beynəlxalq mükafatlar qazanmışdır.
İstinadlar
Xarici keçidlər
NUMA website
Audio interview with Clive Cussler Talking about The Chase Clive Cussler Fans Website The Cussler Museum clivecussler.com.au Cussler Down Under newsletter
Kateqoriya:1931-ci ildə doğulanlar Kateqoriya:2020-ci ildə vəfat edənlər Kateqoriya:ABŞ kişi romançıları Kateqoriya:XX əsrin ABŞ romançıları Kateqoriya:İngilis mənşəli ABŞ şəxsləri Kateqoriya:Almanəsilli amerikalılar