Yağış damcısı tortu – su və aqardan hazırlanan, böyük yağış damcısını xatırladan vaqaşi (yapon şirniyyatı) növü. 2014-cü ildə Yaponiyada populyar olmuşdur.

Tarixi Şirniyyat Yaponiyada adı ilə tanınır. Yemək yapon desserti əsasında yaradılmışdır. Şinqen moçi 1960-cı illərdə ortaya çıxmışdır, Yamanaşi və Şizuoka prefekturalarında Obon festivalı zamanı ənənəvi olaraq yeyilən yerli şirniyyatından təsirlənərək hazırlanmışdır.

Şinqen moçi kinako (qızardılmış soya unu) və qəhvəyi şəkər siropu ilə hazırlanan düyü tortudur. Senqoku dövründə Yamanaşini idarə etmiş daymyo Takeda Şinqenin şərəfinə adlandırılmışdır. Rəvayətə görə o, düyü unu və şəkərdən hazırlanan moçidən təcili qidalanma rasionu kimi istifadə etmişdir.

Mizu şinqen moçi thumb|Yeməyin hazırlanmasında istifadə olunan su Kaykoma dağından əldə olunur.|upright=1 Mizu şinqen moçi "Kinseyken" şirkəti tərəfindən yaradılmışdır. Şirkət mineral sularına görə tanınan Hakuşu bölgəsində yerləşir. Bölgə Yaponiyada mineral su istehsalına görə aparıcı bölgələrdən biridir. "su" deməkdir və "Kinseyken" şirkəti şinqen moçi istehsalı ilə məşğul olmuşdur. 2013-cü ilə qədər şirkət yeməli su ideyasını həyata keçirmək istəmişdir. Dessert populyar olmuş və insanlar yeməyin dadına baxmaq üçün bölgəyə xüsusi səfərlər etmişlər.

Darren Vonq desserti 2016-cı ilin aprelində Nyu-Yorkda keçirilən Smorqasburq yemək sərgisində təqdim edərək ABŞ-yə gətirmişdir. Qısa müddət sonra Londonda yerləşən "Yamagoya" restoranı 4 ay ərzində yeməyin başqa bir versiyasını hazırlamışdır.

Xüsusiyyətlər Yemək mineral sudan və aqardan hazırlanmışdır. Bu səbəbdən yemək demək olar ki, kalorisizdir. Yeməkdə istifadə olunan su Cənubi Yapon Alp dağlarında yerləşən Kaykoma dağından əldə olunur və dadı orta şirin hesab olunur. Aqar jelatinin veqan alternatividir və yosundan hazırlanır.

Suyu və aqarı qızdırdıqdan sonra alınan maye qəlibə salınır və soyudulur. Bəkməzi xatırladan, kuromitsu adlı sirop və kinako adlı soya unu toppinq kimi istifadə olunur. Yemək şəffaf yağış damcısına oxşadılır, lakin bəzən döş implantları və meduzalarla müqayisə olunur. Demək olar ki, dadsız olan dessert ağıza daxil olduqda dərhal əriyir, bu səbəbdən dərhal yeyilməlidir, çünki əridikdən 20–30 dəqiqə ərzində buxarlanır.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Yaponiya desertləri