Cavanşir Əşrəf oğlu Axundov () — Azərbaycan diplomatı, Azərbaycan Respublikasının İran İslam Respublikasında (2009–2016) və Latviya Respublikasında (2016–2021) fövqəladə və səlahiyyətli səfiri

Həyatı Cavanşir Əşrəf oğlu Axundov 1978-ci ildə Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin fars dili şöbəsini bitirib.

1992-ci ildən Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin I katibi vəzifəsində çalışıb. 1995–1999-cu illərdə Azərbaycanın İran İslam Respublikasındakı səfirliyində işləyib. 2000-ci ildə Xarici İşlər Nazirliyi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri olub, 2001-ci ildən nazirliyin İkinci Şərq Ərazi İdarəsində rəis müavini işləyib. 2003–2007-ci illərdə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyində müşavir-elçi vəzifəsində çalışıb. 2008-ci ildən Xarici İşlər Nazirliyi İnformasiya İdarəsinin rəisi idi. O, Azərbaycanın İran İslam Respublikasındakı səfiri vəzifəsinə 2009-cu il noyabrın 2-də prezident İlham Əliyevin sərəncamı ilə təyin olunub.

Tarix elmləri namizədidir. Ailəlidir, bir övladı var.

İstinadlar

Xarici keçidlər

AZƏRBAYCANIN İRANDAKI YENİ SƏFİRİ (Cavanşir Axundovun bioqrafiyası)

Kateqoriya:Azərbaycanın İrandakı səfirləri Kateqoriya:Azərbaycan alimləri Kateqoriya:Azərbaycanın Latviyadakı səfirləri