San-qo çji () və ya «Üç çarlıq salnamələri» — Üç çarlıq dövrünə aid rəsmi tarixi xronika. 189–280-ci illəri əhatə edir. Xronikanın bir çox hadisələri sonrakı dövrlərdə yazılmış məşhur orta əsr romanı "Üç çarlıq romanı" üçün süjet əsası olmuşdur.Сань го чжи // Советская историческая энциклопедия : в 16 т. / под ред. Е. М. Жукова. — М. : Советская энциклопедия, 1961—1976
Əsər III əsrin sonlarında nançunlu tarixçi Çen Şou (233–297) tərəfindən tərtib edilmiş və hadisələr Çzin imperiyasının baxış bucağından təsvir olunmuşdur. V əsrdə Suy dövrünün tarixçisi Pey Sunçji xronikaya mühüm şərhlər və izahlar əlavə etmişdir. Yaponiya tarixşünaslığı baxımından "San-qo çji"nin xüsusilə böyük əhəmiyyət daşıyan hissəsi Yaponiya hökmdarı Himikonun hakimiyyətinə dair məlumatları əhatə edən "Hesabatlar" bölməsidir.
İstinadlar
Kateqoriya:Çin ədəbiyyatı Kateqoriya:III əsrin kitabları Kateqoriya:Çin tarixi