thumb|400px|Dünya xəritəsi (2020-ci il məlumatlarına əsasən) — qadının ömrü boyu dünyaya gətirdiyi orta uşaqların sayına görə bölgü.

Nəsil artımı, fertillik, reproduktiv məhsuldarlıq və ya doğum qabiliyyəti ( — , ) – yeni nəsil (övlad) yarada bilmə qabiliyyəti. Ölçü vahidi kimi istifadə olunan "doğum əmsalı (nisbəti)" bir cütlüyün, fərdin və ya əhalinin nə qədər övlad dünyaya gətirə bildiyini göstərir. Doğum qabiliyyəti, potensial doğum mənasını verən fekunditedən fərqlidir. Bu anlayış "sonsuzluq" və "sterillik" (nəsilvermə qabiliyyətinin olmaması) anlayışlarının əksidir.

İnsanda doğum qabiliyyəti qidalanma, cinsi fəaliyyət, mədəniyyət, instinkt, endokrinologiya (daxili sekresiya vəzilərinin fəaliyyəti), zamana uyğunluq, iqtisadiyyat, həyat tərzi və emosional vəziyyət kimi amillərdən asılıdır.

Fiziologiya Fizioloji mənada nəsil artımı qadının və ya kişinin nəsil törətmə, yəni mayalanma (hamiləlik üçün konsepsiya) qabiliyyəti kimi başa düşülür.

Kişilərdə nəsil artımı Kişilərdə nəsil artımı çox vaxt "sperma fertilliyi" anlayışı ilə əlaqələndirilir. Kişilərdə çoxalmaya bir çox amillər təsir göstərir: siqaret çəkmə və alkoqol qəbulu; anabolik steroidlər (xüsusilə endokrin vəzilər tərəfindən təbii formada istehsal olunan testosteron səviyyəsinə uyğun olmayan yüksək dozalarda); xayalıq nahiyəsində temperaturun yüksəlməsi; C vitamini və sink çatışmazlığı; artıq çəki; radiasiya və kimyəvi birləşmələrin təsiri; sidik-cinsiyyət sistemi xəstəlikləri (prostatit, xlamidioz, zöhrəvi xəstəliklər), uşaqlıq infeksiyalarının fəsadları (sovqa – "svinka", qızılca, məxmərək), şəkərli diabet, viruslu hepatit; həyat tərzi və fiziki aktivliyin xüsusiyyətləri; antisperm anticisimlərin mövcudluğu; oksidativ stress; və s.

Qadınlarda nəsil artımı (fertillik) Qadınlarda yüksək, normal və aşağı nəsil artımı səviyyələri fərqləndirilir. Qadın fertilliyi üç əsas faktordan asılıdır: uşağa qalmaq (mayalanma) qabiliyyəti, hamiləliyi daşımaq qabiliyyəti, doğmaq qabiliyyəti.

Əgər bu faktorlardan hər hansı biri mövcud deyilsə, qadının aşağı fertilliyə malik olduğu hesab edilir. Hər üç faktoru özündə birləşdirən qadın isə normal fertilliyə malik sayılır.

Qadın fertilliyi ovulyasiya ilə sıx əlaqədardır, çünki qadının mayalanma qabiliyyəti yetişmiş yumurtahüceyrənin mövcudluğu ilə müəyyən edilir. Hər menstrual dövr zamanı yetişmiş yumurtahüceyrə yumurtalıqdan çıxır (bu proses ovulyasiya adlanır). Əgər bu proses baş vermirsə, qadın fertil hesab olunmur.

Qeyd etmək lazımdır ki, ovulyasiya dövründə qadının fertilliyi maksimuma çatır, çünki bu zaman qadının cinsi yollarına daxil olan spermatozoidlərin yetişmiş yumurtahüceyrəyə çatması üçün məsafə qısalır.

Bəzi sonsuzluq səbəbləri, məsələn antisperm anticisimlərin mövcudluğu, qadının fertilliyini azalda bilər.

Yaş və fertilik Son onilliklər ərzində əksər Qərb ölkələrində fertilik göstəriciləri azalmaqdadır. Bunun doğrudanmı sonsuzluğun artmasına ciddi təsir göstərdiyi isə tam olaraq aydın deyildir. Fertiliklə əlaqəli amillərə aşağıdakılar daxildir: yaş, cinsi yolla keçən xəstəliklərə məruz qalma, cinsi əlaqənin tezliyi və vaxtı, qidalanma və həyat tərzi xüsusiyyətləri.

Yaşın təsiri

Yaş qadın fertiliyinə özlüyündə ciddi təsir göstərir.

Qadında oositlərin (yumurta hüceyrələrinin) ümumi sayı yaşla birlikdə azalır, hətta ovulyator sikllər davam etsə belə.

37–38 yaşlarında follikulların itirilmə sürəti kəskin artır. Bu sürət o zaman yüksəlir ki, follikulların sayı təxminən 25 minə düşür. Bu sürətlənmiş azalma aşağıdakılarla əlaqələndirilir: serumda follikulostimullaşdırıcı hormonun (FSH) cüzi artması, inhibin B hormonunun azalması.

Qalan cinsi hüceyrələrin və follikulların funksional qabiliyyəti "ovarial rezerv" (yumurtalıq ehtiyatı) adlanır.

Ovarial rezervin azalmasına işarə edən kiçik dəyişikliklər belə, fertilik potensialının ciddi şəkildə azalması ilə nəticələnir, halbuki bu zaman klinik cəhətdən aşkarlanan əlamətlər və ya menstruasiya dövrünün ritmində nəzərəçarpan dəyişikliklər olmaya bilər.

Menopauza dövrü

Menopauza zamanı qadının yumurtalıqlarında minə yaxın və ya daha az follikul qalır.

Demoqrafiya Demoqrafiyada bu termin çox zaman qadının reproduktiv qabiliyyəti, yəni uşaq doğma (nəsil artırma) bacarığı mənasında işlədilir. Bu xüsusiyyətin əhali miqyasında kəmiyyətcə ifadəsi üçün ümumi doğum əmsalı () istifadə olunur.

ÜST-ün (Ümumdünya Səhiyyə Təşkilatı) məlumatına görə, orta hesabla əhalinin təxminən 5 %-i sonsuzdur.

1930–1960-cı illərdə doğulmuş qadınlarda (rəsmi və ya kilsə nikahında) sonsuzluq səviyyəsi 4 %-i keçmirdi, lakin 1970-ci il təvəllüdlü qadınlarda bu göstərici artıq 6 %-ə yaxındır.

Rusiyada vəziyyət

15–49 yaş arası 39,1 milyon reproduktiv yaşda olan qadının 6 milyonu sonsuzdur. "Nezavisimaya qazeta"nın məlumatına görə, nikahda olan cütlüklərin təxminən 15 %-i uşaq sahibi ola bilmir. Demoqraflara görə, heç vaxt uşaq doğmamış qadınların faizi 6–7 %, nikahda olan qadınlar arasında isə 3–5 % təşkil edir.

ÜST-ün fikrincə, 15 % sonsuz nikah səviyyəsi kritik həddir, ölkənin demoqrafiyasına təsir göstərən və dövlət üçün problem hesab edilir.

Sosioloq və iqtisadçıların proqnozlarına əsasən, yaxın illərdə Rusiyada övladı olmayan qadınların faizi hazırkı 8 %-dən artaraq orta Avropa səviyyəsi olan 15 %-ə çata bilər.

Reproduktiv yaş Reproduktiv yaş (həmçinin uşaqdoğma yaşı və ya fertil yaşı da adlanır) — qadının hamilə qala, hamiləliyi davam etdirə və uşaq dünyaya gətirə bildiyi həyat dövrüdür.

Demoqrafiyada bu dövrün müddəti onun yaş hədləri ilə müəyyən edilir.

Qadınlar üçün reproduktiv yaş adətən 15–49 yaş arası hesab olunur (aşağı doğum səviyyəsinə malik ölkələrdə — 15–44 yaş).

Adətən reproduktiv yaşda olan qadınların payı əhali arasında kifayət qədər sabit olur və 25–30 % təşkil edir. "Демографический энциклопедический словарь". — М.: "Советская энциклопедия". Главный редактор Дмитрий Игнатьевич Валентей. 1985 год. // demography.academic.ru

İstinadlar

Əlavə ədəbiyyat siyahısı

Xarici keçidlər

Calder, Vanessa Brown, and Chelsea Follett (August 10, 2023). Freeing American Families: Reforms to Make Family Life Easier and More Affordable, Policy Analysis no. 955, Cato Institute, Washington, DC.

Kateqoriya:Çoxalma Kateqoriya:Demoqrafiya Kateqoriya:Reproduktiv sağlamlıq Kateqoriya:Doğum Kateqoriya:Fiziologiya