II Mehti Tarkovski və ya II Mehti Tərkili () — 1797–1830-cu illərdə Tərki şamxalı, 1806–cı ildə Dərbənd xanı və 1800-cü ildən Rusiya İmperiyası general-leytenantı olmuşdur.
Həyatı 1742-ci ildə Tərki şamxalı II Bammatın ailəsində dünyaya gəlmişdir.
Hakimiyyəti 1797-ci ildə imperator I Pavelin fərmanı ilə Mehdi şamxal təyin olunmuşdur. 18 iyun 1800-cü ildə Tərki şəhərində şamxal kimi Rusiya imperatoruna Quran qarşısında and içmiş, 19 iyul tarixində isə general-leytenant rütbəsini almışdır. 10 sentyabr 1806-cı ildə Dərbənd xanlığını idarə etmiş, həmin il imperator I Aleksandr tərəfindən rəsmi olaraq Dərbənd xanı təyin edilmişdir. Bu, Mehdinin Pəricahan xanım ilə evlənməsi və onun Şeyxəli xanın bacısı və xanlığın varisi olması ilə bağlı olmuşdur. 1830-cu ildə Sankt-Peterburqa irs məsələlərini həll etmək üçün səfər etmiş, geri dönərkən vəfat etmişdir.
Ailəsi 1796-cı ildə, rusların Dərbənddə olduğu dövrdə, Mehdi şamxal Quba xanı Fətəli xanın böyük qızı Pəricahan xanım ilə ailə qurmuş və bu evliliyindən iki övladı olmuşdur:
oğlu — Süleymanpaşa Tarkovski - Tərki şamxallığını atasından sonra miras almışdır. qızı — Nuh Bikə. Sevdyük Bikə adlı xanımından övladları:
Oğulları — Əbumüslüm (Süleymanpaşadan sonra şamxallığı miras almışdır), Zübeyir. Qızı — Aybət Bikə.
İstinadlar
Ədəbiyyat
Kateqoriya:Qafqaz müharibəsinin iştirakçıları Kateqoriya:Qumuqlar Kateqoriya:Rusiya-İran müharibəsi (1796) iştirakçıları