thumb|100px|Manyoqana üslubunda yazılmış "Manyoşu"dan bir şeir parçası. — yapon yazısının ilkin forması. Bu sistemdə yapon sözləri səslənməsinə görə oxşar olan Çin heroqlifləri ilə yazılmışdır. Manyoqana yazısından sonralar iki heca əlifbası — hiraqana və katakana yaranmışdır. "Manyoqana" adı adlı yaponca poeziya antologiyasından götürülmüşdür. Bu əsər Nara dövrünə (710–794-cü illər) aiddir və sözün əsl mənasında "Manyoşu əlifbası" deməkdir.
Tarixi
Manyoqana yazısı ehtimal olunur ki, VI–VII əsrlərdə meydana çıxmışdır. Bu yazının ən qədim nümunəsi 1998-ci ildə Tokuşima prefekturasında aşkar edilmişdir. Burada VII əsrin ortalarına aid "Naniva körfəzi haqqında nəğmələr" (vaka) şeirinin başlanğıcı yazılmış taxta mokkan tapılmışdır. Bu tapıntıdan əvvəl yazının ən qədim nümunəsi kimi Horyu-ci məbəd kompleksinin Qızıl zalında yerləşən "Şəfa verən Budda" (Yakuşi Nyorai) heykəlinin nimbi üzərindəki VIII əsrin əvvəllərinə aid yazı qəbul olunurdu.Кадзуаки Судо. Японская письменность от истоков до наших дней". — : Восток-Запад, 2006. — ISBN 5-17-033685-3
Manyoqana yazısının ən böyük nümunəsi "Manyoşu" adlı poeziya toplusudur. X əsrə gəldikdə bu yazı sistemi tədricən hiraqana və katakana ilə əvəz edilmişdir. Eyni dövrdə Yaponiya alimi Minamoto-no Şitaqau (911–983) fonetik işarələr sistemi təklif etmiş və onları "Manyoşu" mətninə əlavə etmişdir.
Müasir Yaponiyada manyoqana yazısından məhdud şəkildəəsasən bəzi toponimlərdə, xüsusilə Kyuşu adasında istifadə olunur. Bundan əlavə, gündəlik yazıda səslənməsinə görə seçilmiş heroqliflərlə sözlərin yazılışı mənasında ateci () forması geniş yayılmışdır.
İstinadlar
Kateqoriya:Yapon yazı sistemi Kateqoriya:Asuka dövrü Kateqoriya:Kana Kateqoriya:Kanci Kateqoriya:Manyoşu Kateqoriya:Nara dövrü