Buteogallus gundlachii (Kuba qara şahini) — "Accipitridae" fəsiləsinə aid yırtıcı bir quş növü. Kubada və ətrafındakı bir neçə adada endemikdir.
Taksonomiya
Alman ornitoloq Jan Kabanis, Kuba qara şahinini 1855-ci ildə təsvir etmişdir. Əksər mütəxəssislər tərəfindən Manqrov qara şahinin ("Buteogallus anthracinus") yarımnövü hesab edilsə də, onun davranışı ilə bağlı tədqiqatlar az idi. Lakin 2007-ci ildə "Amerika Ornitoloqlar Birliyi" fərqli səs və lələk naxışlarına əsaslanaraq onu ayrı bir növ kimi təsnif etdi. Bu növ "Yeni Dünya"da yayılmış "Buteogallus" cinsinə aid səkkiz növdən biridir.
Təsvir
Növün orta bədən uzunluğu 53 sm-dir. Lələkləri əsasən tünd qəhvəyi, demək olar ki, qara rəngdədir. Dimdik və göz arasında açıq boz və ya ağ ləkə ola bilər. Uçuş zamanı əsas uçuş lələklərinin əsasında ağ ləkələr görünür. Quyruğu enli qara və ağ zolaqlarla örtülüdür. Ayaqları sarı, dimdiyi isə sarı olub ucunda qara rəng var. Ümumiyyətlə, dişilər erkəklərdən bir qədər böyük olur.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Əlifba sırasına görə heyvanlar Kateqoriya:Buteogallus Kateqoriya:1855-ci ildə təsvir edilən quşlar Kateqoriya:1855-ci ildə təsvir edilən heyvanlar