Manucodia comrii (Qıvrım kəkilli manukod) — Cənnət quşları fəsiləsinə aid bir quş növü.

Etimologiya

Britaniyalı zooloq Filip Latli Skleyter, bu növü 1874-cü ildə Ferqusson adasında quşu kəşf edən doktor Piter Komriyə (1832-1882) ithaf edərək adlandırmışdır.

Təsvir

"Manucodia comrii" təxminən 43 sm uzunluğunda yığcam və iri bədənə malikdir. Parıltılı bənövşəyi, qara və yaşıl lələkləri, qırmızı göz rəngi və buruq sarı-yaşıl üst döş və boyun lələkləri var. Başında qıvrım lələklər və buruq mərkəzi quyruq lələkləri var. Hər iki cins bir-birinə bənzəyir, lakin dişilər bir qədər kiçik olur. Qıvrım kəkilli manukod manukodlar arasında ən böyük növdür və bədən ölçüsünə görə fəsiləsinin ən böyük və ən ağır növüdür, çəkisi 450 qrama qədər çıxır, lakin quyruğu qara oraqdimdikdən daha qısadır.Perrins, Christopher, Firefly Encyclopedia of Birds. Firefly Books.

İstinadlar

Xarici keçidlər The Cornell Lab of Ornithology Oiseaux.net

Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Cənnət quşları Kateqoriya:1876-cı ildə təsvir edilən quşlar Kateqoriya:1876-cı ildə təsvir edilən heyvanlar Kateqoriya:Əlifba sırasına görə heyvanlar