Rana — "Göl qurbağaları" və ya "qəhvəyi qurbağalar" kimi tanınan qurbağa cinsi. Bu cinsin nümayəndələri Avrasiya və Şimali Amerikanın qərb hissələrində geniş yayılmışdır. Əvvəllər buraya bir çox başqa cinslər də daxil edilirdi. Bu əsl qurbağalar adətən incə bel və büzgü dərisi ilə xarakterizə olunan iri növlərdir.
Davranış Bu cinsdə olan qurbağaların çoxu erkən yazda çoxalır, subtropik və tropik növlər isə il boyu çoxalma qabiliyyətinə malikdir. Əksər növlərin erkəkləri səs çıxarır, lakin bir neçə növün səssiz olduğu düşünülür. Dişilər yumurtalarını sal və ya iri, kürə şəkilli dəstələr halında qoyur və bir dəfədə 20.000-ə qədər yumurta buraxa bilər.
Qidalanma Rana növləri əsasən həşərat və onurğasızlar ilə qidalanır, lakin ağızlarına sığan hər şeyi udurlar, o cümlədən kiçik onurğalıları. Onların yırtıcıları arasında vağlar, timsahlar və ilanlar var.
İstinadlar
Xarici keçidlər
AmphibiaWeb Amphibian and Reptiles of Peninsular Malaysia
Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Əlifba sırasına görə heyvanlar Kateqoriya:20–24 ID olan Taksonbar Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış heyvan taksonları