— VIII əsr qədim Yaponiya dövlətinə aid qanunlar toplusu. Adını imperatriça Qenşonun hakimiyyət devizi olan Yoro dövründən almışdır.
Tarixi Məcəllə 718-ci ildə, yapon təqvimi üzrə Yorō dövrünün ikinci ilində, hüquqşünas Fucivara no Fuhitonun rəhbərlik etdiyi bir qrup tərəfindən əvvəlki Tayho qanunlarının maddələrinin redaktəsi əsasında tərtib edilmişdir. 757-ci ildə, yəni Tenpyo-hoci dövrünün ilk ilində qüvvəyə minmişdir. Məcəllə iki əsas hissədən – cinayət hüququna və mülki hüquqa dair müddəalardan ibarət idi. O, VIII əsrin ikinci yarısından etibarən Yaponiyanın əsas qanunvericilik sənədi rolunu oynamışdır. Cinayət hüququna dair olan cildlər zamanla itirilmişdir, lakin mülki hüquqa aid 10 cild qorunub saxlanılmış və onlar Yoro qanunları mülki hüquq şərhləri toplusu olan "Ryo no şuqe" adlı əsərdə günümüzədək gəlib çatmışdır.養老律令 // Энциклопедия Ниппоника : [яп.] = 日本大百科全書 : 全26冊巻. — 2版. — 東京 : 小学館, 1994—1997年.
İstinadlar
Kateqoriya:VIII əsrdə Yaponiya Kateqoriya:Yaponiyada hüquq Kateqoriya:Nara dövrü